BolgeXeber.Com » Gündəm » Səbail İH-nin başçısı "kitayski" saatları kimlərə aldırıb?

Səbail İH-nin başçısı "kitayski" saatları kimlərə aldırıb?

24-07-2015, 15:32
Oxunub: 7 257 Səbail İH-nin başçısı "kitayski" saatları kimlərə aldırıb?Asif Əsgərov bahalı hədiyyəni almaq üçün heç də əlini cibinə atmayıb

Son bir neçə gündür ki , medianın gündəmindən düşməyən mövzu Səbail rayon icra başçısının jurnalistlərə saxta “Tissot” markalı saat bağışlamasıdır. Xatırlatma üçün bildirək ki, Səbail rayon icra hakimiyyəti Milli Mətbuat Günü münasibətilə iyulun 15-də tədbir təşkil edib və orada bir qrup jurnalisti –daha dəqiq desək 75 nəfəri mükafatlandırıb. Hədiyyə isə “ Tissot ” saatları olub.
Bu gün isə bizə məlum məsələ ilə bağlı maraqlı Bolgexeber.com-a faktlar daxil olub. Belə ki , məlumatda qeyd edilir ki , icra başçısı Asif Əsgərov bahalı hədiyyəni almaq üçün heç də əlini cibinə atmayıb. Saatlar icra başçısının deyil , aparatın digər işçiləri və rayon ərazisində yerləşən bir çox idarə rəhbərlərinin hesabına alınıb. Daha aydın desək , yəni hər işçiyə 4-5 jurnalistə saat almaq “düşüb”. Biz də BTV olaraq iddialara aydınlıq gətirmək məqsədilə Səbail rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Suallarımızı şifahi olaraq informasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov cabalandırdı. O , bütün ittiham və iddiaları rədd edərək bildirdi ki , söylənənlər yalan və şaiyədir. Artıq bir neçə gündür ki, gündəmi zəbt edən bu məsələ ətrafında dolaşan söz- söhbətlər kimin doğru , kimin yanlış olduğunu aydın şəkildə görməyə imkan verir.
Bolgexeber.com

Səbail İH-nin başçısı "kitayski" saatları kimlərə aldırıb?
Səbail İH-nin başçısı "kitayski" saatları kimlərə aldırıb?
Səbail İH-nin başçısı "kitayski" saatları kimlərə aldırıb?