Cavanşir Paşazadə Lənkəranda görüşlər keçirib
18-10-2010, 17:55
Oxunub: 6 413
Deputatlığa namizəd su problemini aidiyyatı qurumlar qarşısında qaldıracağına söz verdi
75 saylı Lənkəran-Masallı Seçki Dairəsindən YAP-in namizədi Cavanşir Paşazadə öz seçiciləri ilə görüşüb.
Namizədin seçki qərargahının rəhbəri Sulduz müəllimin Bolgexeber.com saytına verdiyi məlumata görə dünən və bu gün yüksək səviyyədə keçirilən görüş zamanı C, Paşazadə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində, Boladi kəndində, Liman şəhərində, Vilvan, Xarxatan kəndlərində seçicilərinin problemləri ilə maraqlanıb, onların şikayətlərini dinləyib, ərizələrini qəbul edib. Əhali onları narahat edən su problemi, kənd yollarının asfaltlanması, qaz xətlərinin dəyişdirilməsi, habelə məktəb və xəstəxanaların təmiri ilə bağlı arzu və təkliflərini bildiriblər. C. Paşazadə sakinləri narahat edən su problemini aidiyyatı qurumlar qarşısında qaldıracağına söz verdi, həmçinin onların yeni məktəb inşası ilə bağlı da müraciətlərinə baxıb və kənddə məktəb çatışmazlığı problemin həll olunması üçün çalışacağını bildirib.
Görüşdən razı qalan C.Paşazadə sonda seçiciləri maraqlandıran suallara cavab verib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə