Astroloji proqnoz - 25 iyul
25-07-2015, 09:22
Oxunub: 3 734
QOÇ - Ümumən gərgin təqvim olsa da, şəxsi büdcənizi artırmaq üçün geniş imkanlar qazanacaqsınız. Məhz bu amili nəzərə alıb pulla bağlı işlərinizi önə çəkin. Səhhətinizi də qoruyun.
BUĞA - Şəxsi işlərinizdə əsaslı dönüş gözlənilir. Bütün imkanlarınızı da məhz bu istiqamətə yönəltməlisiniz. Nüfuzlu və təcrübəli insanlarla görüşməyiniz sizə səmərə verə bilər.
ƏKİZLƏR - Təxminən saat 12-yə qədər gərgin əhval-ruhiyyədə olacaqsınız. Amma çalışın ki, bu enerjini başqasına ötürməyəsiniz. Axşam saatlarında isə ikili gəzintilərə çıxmaq olar.
XƏRÇƏNG - Əsas diqqətinizi ailə-sevgi məsələlərinə yönəldin. Elə addım atın ki, ünsiyyətdə olduğunuz adamların rəğbətini qazanasınız. Hər deyilən sözə və atmacalara əhəmiyyət verməyin.
ŞİR - "Ağac bar gətirdikcə başını aşağı salır". Çalışın siz də bu prinsipə əməl edəsiniz. Əmin olun ki, belə etsəniz, Göy qübbəsi sizə dayaq olacaq. Hətta şəxsi büdcənizi də artıra bilərsiniz.
QIZ - Ulduzların düzümü xoş bir gün yaşayacağınızdan xəbər verir. Maraqlı insanlarla görüşləriniz, eləcə də perspektivli təkliflər alacağınız gözlənilir. İnsanlara şübhə ilə yanaşmayın.
TƏRƏZİ – Mühüm bir işinizi reallaşdırmaq üçün köməyə böyük ehtiyacınız var. Amma əbəs yerə narahat olmağa dəyməz. Çünki nahardan sonra bu köməyi hiss edəcəksiniz. Odur ki, aktivliyinizi artırın.
ƏQRƏB - Mənfi enerjili Ay bürcünüzdə qərar tutduğundan bəzi işləri təxirə salmalısınız. Hər hansı risk və ya qeyri-ənənəvi addım sizə zərər yetirə bilər. Tanrını başınız üstündə hiss edin.
OXATAN - Qərarlarınızda qətiyyətli olsanız, bu təqvim sizə xoş ovqat bəxş edəcək. Şəxsi işlərinizdə isə nəzərəçarpacaq irəliləyişlər labüddür. Bütün addımları ilk olaraq özünüz atın.
OĞLAQ - Əməkdaşlıq zəminində uğurlarınız mümkündür. Amma gərək hər bir işi qanun çərçivəsində həll edəsiniz. Axı siz məmur və ya iqtidar yetkilisi deyilsiniz. Bəxtinizdə pul da var.
SUTÖKƏN - Böyük uğurlar astanasında olduğunuzu nəzərə alan Göy qübbəsi sizə yardımçı olacaq. Bunun üçün gərək özünüz də əzmkar olasınız. Günün ikinci yarısında məntiqə uyğun risk etməyə dəyər.
BALIQLAR - Ümumi məziyyətlərinə görə bir qədər gərgin gündür. Ələlxüsus da saat 11-14 arası əsəbləriniz tarıma çəkilə bilər. Ən düşərli məqamları isə yalnız məhəbbətdə yaşayacaqsınız.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə