BolgeXeber.Com » İdman » DÇ-2018: Azərbaycanın rəqibləri bilindi-FOTO

DÇ-2018: Azərbaycanın rəqibləri bilindi-FOTO

26-07-2015, 12:17
Oxunub: 4 220 DÇ-2018: Azərbaycanın rəqibləri bilindi-FOTODünən DÇ-2018-in seçmə mərhələsinin əsas püşkatması keçirilib

Bolgexeber.com apasport.az-a istinadən bildirir ki, tədbir mundiala ev sahibliyi edəcək ölkədə - Rusiyada təşkil olunub.

Sankt-Peterburqun Konstantinovski sarayında baş tutacaq mərasimdə 5 konfederasiya üzrə püşk atılıba. Artıq yarışa start verən Asiya təmsilçiləri istisna təşkil edəcək.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq püşkatmaya dünyanın 141 ölkəsi qatılacaq. Bunların 52-si Avropa təmsilçiləridi.

Azərbaycan millisinin də seçmə mərhələdəski rəqiblərinə aydınlıq gətirəcək püşk 52 yığmanı 9 qrupa böləcək. Bunların 7-də 6, 2-də 5 komanda olacaq. Qrup qalibləri birbaşa mundiala yüksələcəksə, ikinci yerlərin təşkil etdiyi 4 cütlük pley-offda oynayacaq. Ən pis göstəriciyə malik 2-ci yer isə final mərhələsində oynamaq şansını itirəcək.

Püşk üçün yığmalar FİFA-nın millilərin iyul reytinqinə əsasən, 6 səbətə bölünüb. Azərbaycan yığması 5-ci səbətdə yer alıb.

Avropa zonasında qrupların tərkibi:

A qrupu
Lüksemburq, Belarus, Bolqarıstan, İsveç, Fransa, Hollandiya

B qrupu
Andorra, Latvia, Farer Adaları, Macarıstan, İsveçrə, Portuqaliya

C qrupu
San Marino, AZƏRBAYCAN, Norveç, Şimali İrlandiya, Çexiya, Almaniya

D qrupu
Gürcüstan, Moldova, İrlandiya, Serbiya, Avstriya, Uels

E qrupu
Qazaxıstan, Ermənistan, Monteneqro, Polşa, Danimarka, Rumınya

F qrupu
Malta, Litva, Sloveniya, Şotlandiya, Slovakiya, İngiltərə

G qrupu
Lixteynşteyn, Makedoniya, İsrael, Albaniya, İtaliya, İspaniya

H qrupu
Kipr, Estoniya, Estoniya, Yunanıstan, Bosniya və Hersoqovina, Belçika

İ qrupu
Finlandiya, Türkiyə, Ukrayna, İslandiya, Xorvatiya

Bolgexeber.com
DÇ-2018: Azərbaycanın rəqibləri bilindi-FOTO
DÇ-2018: Azərbaycanın rəqibləri bilindi-FOTO
DÇ-2018: Azərbaycanın rəqibləri bilindi-FOTO