BolgeXeber.Com » Sosial » Bakıda rekord şaxta

Bakıda rekord şaxta

8-02-2012, 14:10
Oxunub: 4 363 Bakıda fevralın 8-i səhər rekord səviyyədə şaxta qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Bolgexeber.com-a bildirilib ki, fevralın 8-də səhər saat 6-7 radələrində havanın minimal temperaturu Bakıda 11 dərəcə şaxta təşkil edib. Bu da 110 illik hidremeteoroloji müşahidələrə görə 1969-cu ildə qeydə alınan -10 dərəcə şaxta göstəricisini üstələyib.