BolgeXeber.Com » İdman » ÇL: "Qarabağ" “Seltik”-ə minimal hesabla uduzdu-Ümid Bakı görüşünə qaldı-(TAM VİDEO)

ÇL: "Qarabağ" “Seltik”-ə minimal hesabla uduzdu-Ümid Bakı görüşünə qaldı-(TAM VİDEO)

30-07-2015, 11:10
Oxunub: 3 910 ÇL: "Qarabağ" “Seltik”-ə minimal hesabla uduzdu-Ümid Bakı görüşünə qaldı-(TAM VİDEO)Dünən gecə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçirilib

Ağdamın “Qarabağ” komandası Şotlandiyada minimal hesabla məğlub olub.

“Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
Ans-in məlumatına görə, ağdamlılar Şotlandiyada “Seltik”in qonağı olub. Qlazqonun “Seltik Park” stadionunda keçirilən qarşılaşmada Ağdam təmsilçisi 0:1 hesablı məğlubiyyətlə üzləşib. “Qarabağ” və “Seltik” arasında cavab oyunu avqustun 6-da Bakıda keçiriləcək.980cbab1a718

“Seltik” bu mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində İslandiyanın “Styarnan” (2:0, 4:1), “Qarabağ” isə Çernoqoriyanın “Rudar” (0:0, 1:0) klubunu mübarizədən kənarlaşdırıb.

Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyun

29 iyul
23.45 Seltik (Şotlandiya) – Qarabağ (Azərbaycan) 1:0

Qol: Dedrik Boyata, 80 (ötürmə – Kris Kommons).

Seltik: 1. Krayq Qordon, 4. Efe Ambrose, 3. Emilio İzaquirre, 5. Virgil Van Diyk, 6. Nir Biton (9. Leyq Qriffits, 69), 7. Nadir Çiftçi (15. Kris Kommons, 80), 8. Skott Broun (k), 14. Stuart Armstronq (49. Ceyms Forrest, 62), 16. Hari Makkay-Steven, 20. Dedrik Boyata, 23. Mixael Lustiq, 25. Stefan Yohansen.

Ehtiyat oyunçular: 26. Loqan Bailli, 4. Efe Ambrose, 18. Tom Roqiç, 22. Saydi Yanko.

Baş məşqçi: Ronni Deyla.

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 9. Reynaldo Silva, 10. Dani Kintana (91. Coşqun Diniyev, 82), 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 67. Alharbi Əl Jadeyui (29. Raydell Poepon, 87), 77. Cavid Tağıyev (11. Elvin Məmmədov, 73).

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 19. Azər Salahlı, 32. Elvin Yunuszadə.

Baş məşqçi: Qurban Qurbanov.

Sarı vərəqələr: Emilio İzaquirre, 36. Virgil Van Diyk, 44. Kris Kommons, 90+2 – Ansi Aqolli, 62.

Hakimlər: Robert Şörgenhofer, Mattias Vinsauer, Rixard Hübler, Dominik Ouşan (Avstriya).

Hakim-inspektor: Raymond Ellingem (Uels).

UEFA nümayəndəsi: Giys de Yonq (Hollandiya).

Qlazqo. “Seltik Park” stadionu.
Bolgexeber.com