BolgeXeber.Com » Bölgə » Vətəndaş müraciətlərinə həssas münasibət bəslənilir- Füzulidə(FOTO0

Vətəndaş müraciətlərinə həssas münasibət bəslənilir- Füzulidə(FOTO0

30-07-2015, 11:27
Oxunub: 2 867 Vətəndaş müraciətlərinə həssas münasibət bəslənilir- Füzulidə(FOTO0Qəsəbələrdə məktəb, uşaq bağçası fəaliyyət göstərir, tibb məntəqəsi, poçt məntəqəsi, mədəniyyət evi mövcuddurQəsəbələrdə məktəb, uşaq bağçası fəaliyyət göstərir, tibb məntəqəsi, poçt məntəqəsi, mədəniyyət evi mövcuddur

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təklif və qayğılarını həll edir. Alı Alıyevin növbəti səyyar qəbul-görüşü 7 nömrəli Qayıdış qəsəbəsində keçirilmişdir.
6 və 7 nömrəli Qayıdış qəsəbə sakinlərinin iştirak etdiyi görüşdə rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Bolgexeber.com xəbər verir ki, Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirmişdir.
Alı Alıyev demişdir ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.
Alı Alıyev Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının Füzuli rayonunda birmənalı olaraq diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir.
Alı Alıyev bildirmişdir ki, Qayıdış qəsəbələrində yaşayan məcburi köçkünlərin işıq, su, qaz ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün güzəşt və imtiyazlardan istifadə edirlər.
Qəsəbələrdə məktəb, uşaq bağçası fəaliyyət göstərir, tibb məntəqəsi, poçt məntəqəsi, mədəniyyət evi mövcuddur. Qəsəbələrdə məskunlaşan məcburi köçkünlər həyatyani və pay torpaqları, o cümlədən örüş otlaq sahələıri ilə təmin ilə təmin olunub.
Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin gördükləri işlərə dair hesabatları dinlənilib.
Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar Xidməti, Su-Kanal idarəsi və digər xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.
Ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Səyyar qəbul-görüşü yekunlaşdıran Alı Alıyev ölkə başçısının Füzuliyə və füzulililərə olan diqqət və qayğısından danışıb, rayonda görülməsi planlaşdırılan işlərdən bəhs edib.
Vətəndaş müraciətlərinə həssas münasibət bəslənilir- Füzulidə(FOTO0
Vətəndaş müraciətlərinə həssas münasibət bəslənilir- Füzulidə(FOTO0
Vətəndaş müraciətlərinə həssas münasibət bəslənilir- Füzulidə(FOTO0