BolgeXeber.Com » Gündəm » Bakıda dəhşətli yol qəzalarından görüntülər - Video

Bakıda dəhşətli yol qəzalarından görüntülər - Video

10-02-2012, 15:10
Oxunub: 4 722 Bakıda törədilən ağır yol qəzalarının baş verməsi onu göstərir ki, sürücülər avtomobili yüksək sürətlə idarə edir, işıqforu qırmızı işıqda keçirlər.

Bunu Bolgexeber.com-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib. Videodakı görüntülər “Təhlükəsiz Şəhər” sisteminin kameraları vasitəsilə qeydə alınıb. Qeyd edək ki, ötən il respublika ərazisində 2890 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1016 nəfər həlak olub, 3031 nəfər isə yaralanıb. 2010-cu illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 6,2 faiz (169 fakt), həlak olanların sayı 9,8 faiz (91 nəfər), yaralananların sayı isə 5,6 faiz (160 nəfər) artıb.