BolgeXeber.Com » Bölgə » İmişlidə hesabat yığıncağı keçirilib-FOTO

İmişlidə hesabat yığıncağı keçirilib-FOTO

30-07-2015, 15:38
Oxunub: 4 014 İmişlidə hesabat yığıncağı keçirilib-FOTOİmişli rayonunda bu ilin 2-ci rübünün yеkunlаrınа və qarşıda duran vəzifələrə həsr оlunan yığıncaq keçirilib

Bolgexeber.com-un məlumatına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 iyul 2015-ci il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasını keçirmişdir. Ölkəmizin başçısı iclasda geniş nitq söyləyərək bildirmişdir ki, Azərbaycanda iqtisadi islahatlar uğurla aparılır, ölkədə iqtisadiyyatın şaxələndirilməsi prosesi yaxşı nəticələr verir. Bunun nəticəsidir ki, ilin birinci yarımilində ölkə üzrə ümumidaxili məhsul istehsalı 5,7 faz artmış, qeyri-neft sektorunda isə bu artım 9,2 faiz olmuşdur. Kənd təsərrüfatında məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artmış, əhalinin pul gəlirlərinin artımı 6,2 faizdən çox olduğu halda inflyasiya cəmi 3,5 faiz təşkil etmişdir.
Cənab Prezident “Аzərbаycаn Rеspublikаsı rеgiоnlаrının 2014-2018-ci illərdə sоsiаl-iqtisаdi inkişаfı üçüncü Dövlət Prоqrаmı”nın qəbul edilməsi və növbəti beş ildə də regionların sоsiаl-iqtisаdi inkişafının davam etdirilməsi, qazlaşdırma işlərinin tam axıra çatdırılması, elektrik enerjisi ilə təminatın daha da yaxşılaşdırılması, su, kanalizasiya, kənddaxili yolların tikintisi, iş yerlərinin açılması, məktəblərin, xəstəxanaların, tibb məntəqələrinin tikintisinin davam etdirilməsi, milli valyuta ehtiyatlarının inkişaf etdirilməsi, makroiqtisadi sabitliyin qorunması, iri fermer təsərrüfatlarının yaradılması, turizmin inkişaf etdirilməsi, sənaye sahələrinin müasirləşdirilməsi ilə bağlı aidiyyatı dövlət strukturlarının rəhbərlərinə konkret tapşırıqlar vermişdir.
2015-ci ildə İmişli rayonunun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunmuşdur. Bеlə ki, iqtisаdiyyаtın əsаs sаhələri üzrə 170.921.000 mаnаtlıq məhsul istеhsаl еdilmiş və yа хidmət göstərilmişdir ki, оnun 49.834.200 manatı və ya 29,2 faizi sənaye, 65.079.000 manatı və ya 38,1 faizi kənd təsərrüfаtı, 20.398.800 mаnаtı və ya 11,9 faizi tikinti, 31.440.200 mаnаtı və 18,4 faizi ticаrət və iаşə, 3.751.900 mаnаtı və ya 2,2 faizi nəqliyyat, 416.900 mаnаtı və ya 0,2 faizi rаbitə müəssisələrinin payına düşür. Göründüyü kimi rayon iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur.
Rayonda aparılan abadlıq və quruculuq işləri:
2015-ci ilin 6 ayı ərzində və son ildə İmişli şəhərində aparılan abadlıq və quruculuq işləri nəticəsində şəhərin siması tamamilə dəyişmiş, şəhər son dərəcə müasirləşmişdir. Bu sahədə işlər davam etdirilir.
2015-ci ilin birinci yarımilliyinin ümumi istifadədə olan avtomobil yollarının saxlanması və cari təmir işlərinə 36 saylı yol istismarı idarəsi tərəfindən 447,2 min manatlıq məbləğində iş həcmi yerinə yetirilmişdir. Ağsu-Bəhrəmtəpə dolayı yolunda 8 km avtomobil yolunun alt qatına asfalt beton qoyulmuşdur. Ağsu-Bəhrəmtəpə avtomobil yolunda 106 km-dən 113-cü km-ə kimi cari təmir işləri yerinə yetirilmişdir. Hazırda İmişliyə giriş yolunda 0-7 km sahəsində asfalt-beton qoyulmaq üçün yolun əsası tikilmişdir.
Sənаyе məhsullаrının istеhsаlı üzrə:
Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülmüş, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq quşçuluq” MMC istifadəyə verilmişdir.
Qeyd olunduğu kimi 2015-ci ilin 6 ayı rayon üzrə sənaye məhsullarının həcmi 49.834.200 manat olmuşdur. İstehsal olunan sənaye məhsullarının 86,7 faizi qeyri-dövlət sektorunun payına düşür.
Murаdхаnlı İriləşdirilmiş Nеft Mədəni 6 ayı ərzində 8860 ton nеft hаsil оlunаrаq 6 ayda plаn tаpşırığınа 98,4 fаiz əməl оlunmuşdur. Neft təhvili üzrə plan 8830 tona qarşı 8719,7 ton neft dövlətə təhvil verilmişdir. Plаndа nəzərdə tutulаn həcmdə 300 min kub metr qаz hаsil еdilmiş və dахili еhtiyаclаrа sərf оlunmuşdur. Mədən üzrə 7 quyudа əsaslı, 20 quyuda isə cari təmir işləri aparılmışdır.
Kənd təsərrüfаtı məhsullаrının istеhsаlı üzrə:
Təsərrüfat hesablı rayon Aqroservis ASC tərəfindən rayon ərazisində kənd təsərrüfatı məhsullarının becərilməsində, vaxtında itkisiz yığılıb tədarük olunmuş, torpaq mülkiyyətçilərinə 858 ton ammonium nitrat gübrəsi güzəştli qiymətlərlə ödənilmişdir. Fermerlərin sifarişi əsasında onlara İmişli Aqroservis filialının istifadəsində 209 adda müxtəlif markalı texnika və qoşquların vasitəsi ilə 106 min manatlıq müvafiq işlər görülmüşdür.
2015-ci ilin birinci yarımilində rayonun müxtəlif kəndlərində ümumi 233 min m3 kollektor drenaj şəbəkəsində magistral kollektorlarında torpaqqazma və hamarlama işləri görülmüşdür.
2015-ci ilin birinci yarımilində istismar planına uyğun olaraq 78 ədəd hidrotexniki qurğu, 17 ədəd hidrometrik postlar, 1,0 km nov kanalları, 4 km beton kanal, 1 ədəd nasos stansiyada cari təmir işləri aparılmış, suvarma kanallarında 875,0 kub.m həcmdə 280 km məsafədə lildən təmizlənmə və təmir işləri görülmüşdür. Həmçinin hazırda rayonun bir çox kəndlərində əhalinin pay və həyətyanı torpaq sahələrinin suvarılmasına xidmət edən su arxlarında lildən təmizlənmə işləri davam etdirilir.
2015-ci ilin 6 ayı ərzində heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 91995 başa, qoyunların sayı 247619 başa, quşların sayı isə 1325689 başa çatmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 1041 baş, qoyunlar 4703 baş, quşlar isə 49458 baş artmışdır. Ət istehsalı (diri çəkidə) 6351,5 ton, süd istehsalı 24547,7 ton, yumurta 41887 min ədəd, yun istehsalı isə 313,4 ton olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün heyvandarlıq məhsullarının istehsalı artmışdır. 01 iyul 2015-ci il tarixə kimi 11209 hektar sahədə buğda, 6343 hektar sahədə arpa, 270 hektar sahədə kartof, 370 hektar sahədə bostan, 310 hektar sahədə tərəvəz, 175 hektar sahədə dən qarğıdalı, 2551 hektar sahədə pambıq, 396 hektar sahədə isə şəkər çuğunduru əkilmişdir. 2015-ci ilin 6 ayı ərzində 19664 ton arpa, 42595 ton buğda məhsulu istehsal edilmiş və məhsuldarlıq 35,1 sentiner olmuşdur. Həmçinin 6 ay ərzində 3150 ton kartof, 1415,4 ton tərəvəz tədarük edilmişdir. Bu sahədə işlər davam etdirilir.
İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün Rayon Telestudiyasının yaxınlığındakı 10 ha ərazidə yeni istixanaların inşa olunmasına başlanılmış, rayonda taxılçılğın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə xarici investorları cəlb etməklə dövlət fondu torpaqlarından 7000 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş, həmçinin, kənd təsərrüfаtı məhsulları istehsalının artırılması üçün “MKT” MMC-yə 3813 ha torpaq sahəsi verilmişdir.
Tikinti üzrə:
2015-ci ilin 6 ayı ərzində bütün mаliyyə mənbələri hеsаbınа rаyоn iqtisаdiyyаtının və sоsiаl sаhənin inkişаfı üçün 23.481.500 mаnаt vəsait yönəldilmiş, onun 86,9 faizi və ya 23.398.800 manatı tikinti quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 9,5 faiz az, tikinti quraşdırma işlərinə sərf edilmiş vəsait isə 4,8 faiz çox olmuşdur.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir. Həmçinin, rayonda bu təbəqədən olan insanlar üçün növbəti, ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur.
İmişli rayon məhkəməsinin və Ərazi Kənd Təsərrüfatı idarəsinin inzibati binasının tikintisinə başlanılmış və hazırda tikinti işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin inzibati binasının tikintisi nəzərdə tutulmuşdur.
Əhаlinin еlеktrik еnеrjisi, qаz və içməli su ilə təminаtı:
2015-ci ilin birinci yarımilində rayonun Bəhrəmtəpə qəsəbəsi, Çahar, Gövhərli kəndləri ərazisində smart kart tipli sayğacların quraşdırılması ilə əlaqədar yeni transformatorlar quraşdırılmış və kabel xətləri çəkilmişdir. Bundan əlavə İmişli şəhərində şəhərin müxtəlif yerlərində yeni salınmış yaşayış massivlərində 38 ailəyə smart kart tipli sayğaclar quraşdırılmış və 1200 metr məsafəyə kabel xətti çəkilmişdir. Bu sahədə işlər davam etdirilir. Hazırda Bəhrəmtəpə qəsəbə ərazisində “Azenko” ASC tərəfindən smart kart tipli sayğacların quraşdırılması işləri başa çatmışdır. Rayonun 22 kəndində əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün SİP kabel xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur.
Rayon Qaz İstismarı sahəsi tərəfindən 2015-ci ilin birinci yarımilində rayonun qazlaşdırılması işi davam etdirilərək 235 abonentin evinə təbii qaz xətti çəkilmiş, bununla da 10197 abonentin təbii qazdan istifadəsi təmin edilmişdir. Rayonun Şahverdili, Əliqulular, Otuziki kəndlərində və Bəhrəmtəpə qəsəbəsində qaz çəkilişləri başa çatmış, Göbəktala, Qaragüvəndikli, Mürsəlli, Yuxarı Qaralar, Qaralar, Xoşçobanlı, Boşçalılar və Muradxanlı kəndlərində isə qaz çəkilişi işləri davam etdirilir. Rayon üzrə yaşayış mövcud olan 21722 təsərrüfatdan 10197 obanent kodu açılaraq kompyuter qeydiyyatına götürülmüş, bununla da qazlaşdırılma 47 faiz olmuşdur. Bundan əlavə şəhərin bir neçə küçələrində fərdi qaztəmizləyici, siyirtmə və ŞQTM quraşdırılmış, qaz xətlərində təmir işləri aparılmışdır.
İmişli şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində İmişli şəhər və Yalavac kəndləri ərazisində yaşayan əhaliyə xidmət göstərmək üçün layihədə nəzərdə tutulmuş 9320 ədəd öncədən ödəmə sistemli smart elektron su sayğaclarının 8261 ədəd evlərə quraşdırılmış və bu sahədə işlər davam etdirilir. Quraşdırılmış su sayğaclarının 7927 ədədi aktivləşdirərək əhaliyə içməli su verilmişdir.
Təhsil sahəsi üzrə:
İmişli şəhər 7 saylı, Yalavac, Məmmədli, Məzrəli kənd tam orta məktəblərinin və Qaradonlu kənd Uşaq bağçası-körpələr evinin əsaslı təmir edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə rəsmi müraciət edilmişdir. 55 yerlik Əliqulular kənd Uşaq bağçası-körpələr evinin əsaslı təmir olunması işlərinə başlanılmışdır.
Səhiyyə sahəsi üzrə:
Dövlət Proqramına uyğun olaraq rayonda imtiyazlı təbəqədən, eləcə də, şəkərli diabet, vərəm və digər xəstələrin dərman preparatları ilə təminatı diqqət mərkəzində saxlanılmışdır. Bundan əlavə Səhiyyə nazirliyi tərəfindən şəkərli diabet xəstələrinə 100 ədəd qlükometr və 1310 qutu test çubuqları verilmişdir. Mərkəzi xəstəxanada böyrək çatışmamzlığı xəstəliyindən əziyyət çəkən vətəndaşlar üçün dializ şöbəsi yaradılaraq müasir tibbi avadanlıqlarla təchiz edilmiş, hazırda şöbədə 35 xəstə dializ olunur. 2015-cü ilin 6 ayı ərzində İmişli rayon Muradxanlı kənd xəstəxanasının əsaslı təmiri, Göbəktala, Ağaməmmədli və Əlyetməzli kənd tibb məntəqələrinin isə tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir. Qaragüvəndikli kənd tibb məntəqəsinin tikintisi davam etdirilir.
2015-ci ilin 6 ayı ərzində rayonun mədəniyyət müəssisələrinin maddi texniki bazasının yaxşılaşdırılması və təmiri diqqət mərkəzində saxlanılmış, nəticədə ötən müddət ərzində mədəniyyət müəssisələrində 14,4 min manatlıq cari təmir işləri aparılmışdır.
Gənclər və idman sahəsi üzrə:
Rayonda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili, elələcə də, müxtəlif idman növləri ilə məşğul olması məqsədilə 2015-ci ilin 6 ayında bir sıra mədəni-kütləvi idman tədbirləri həyata keçirilmişdir. Heydər Əliyev adına istirahət parkında inşa edilən Gənclər Mərkəzində stolüstü oyunlar, atıcılıq, electron kitabxana, internet klublar, 3D zalı və digər xidməti sahələri yeniyetmə və gənclərin istifadəsinə verilmişdir. Bundan əlavə rayonun bir çox kəndlərində gənclərin boş vaxtlarının səmərəli keçirilməsi məqsədilə idman qurğularının və obyektlərinin tikintisinə ehtiyac vardır.
Nəqliyyаt sаhəsi üzrə:
2015-ci ilin birinci yarımilində ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər tərəfindən 3.751.900 manat məbləğində və ya ötən ilin müvafiq dövrünə nisbətən 5,9 faiz çox nəqliyyat xidməti göstərilmişdir. Nəqliyyat xidmətinin 1.763.400 manatı yük daşınmasından, 1.988.500 manatı isə sərnişin daşınmasından yaranmışdır.
Rabitə xidməti üzrə:
2015-ci ilin birinci yarımilliyi ərzində rayon üzrə 126 abonentə telefon xətti çəkilmişdir. Rayon üzrə ümumi genişzolaqlı internet istifadəçilərinin sayı 3019 nəfərə çatdırılmışdır. 2015-ci ildə əhalinin genişzolaqlı internetə olan təlabatını ödəmək məqsədilə DSLAM avadanlığı olmayan kəndələrdə DSLAM avadanlıqlarının quraşdırılması nəzərdə tutulmuşdur. Şəhər ərazisində yeni salınmış yaşayış massivində 512 nömrəlik yeni MSAN-tipli EATS-in tikintisi ilə əlaqədar konteyner qoyulmuş və 2 km uzunluğunda FO-4 kabeli çəkilmişdir. Yaxın günlərdə obanentlərə telefon çəkilişinə başlanılacaqdır. 2015-ci ilin birinci yarımilində əlavə olaraq Mərkəzi EATS-də 512, Cəfərli EATS-i 32, Qaradonlu EATS-i 32, Qaragüvəndikli EATS-i 32 portluq genişzolaqlı internet avadanlıqları quraşdırılmış və əhalinin istifadəsinə verilmişdir. Bu sahədə işlər davam etdirilir.
Rayon Poçt şöbəsinin tabeçiliyində olan Əliqulular, Rəsullu, Xəlfəli kənd poçt şöbələrinin binalarının tikintisi nəzərdə tutulmuşdur. Ağaməmmədli, Hacırüstəmli, Qaragüvəndikli, Göbəktala, Telişli, Oruclu, Xoşçobanlı kənd poçt şöbələri aidiyyəti üzrə kənd icra nümayəndəlkiləri və bələdiyyələrin balansında olan binaların əsaslı təmirə ehtiyacı vardır.
2015-cü ilin birinci rübündə sоsiаl-iqtisаdi inkişafın yеkunlаrının təhlili göstərir ki, rаyоndа iqtisаdiyyаtın bir çox sаhələrinin inkişafı təmin edilmiş, İmişli şəhərində abadlıq-qurucluq işləri həyata keçirilmiş, qarşıya qoyulan vəzifələrin icrаsı istiqаmətində yaxşı nəticələr əldə olunmuşdur.
Bütün bunlarla yanaşı biz bundan sonra da ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışacaq, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bütün qüvvəmizi sərf edəcəyik.
İmişlidə hesabat yığıncağı keçirilib-FOTO
İmişlidə hesabat yığıncağı keçirilib-FOTO
İmişlidə hesabat yığıncağı keçirilib-FOTO