BolgeXeber.Com » Bölgə » Beyləqanda maaşı 625 manat olan məmur 700 min manatlıq villanı necə tikib - Fotolar

Beyləqanda maaşı 625 manat olan məmur 700 min manatlıq villanı necə tikib - Fotolar

30-07-2015, 16:15
Oxunub: 4 448 Beyləqanda maaşı 625 manat olan məmur 700 min manatlıq villanı necə tikib - Fotolar23 ildir Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsində işləyən bu şəxs sözün həqiqi mənasında oliqarx məmura çevrilib

İdarə müdiri dövlət büdcəsindən oğurladığı yüz min manatlar sayəsində Beyləqanda, Bakıda mülklərə sahibdir. Məlumatı göndərən şəxs bildirir ki, Ə.Məmmədquliyev əldə etdiyi obyektləri oğlu Bəylər Məmmədquliyevin adına rəsmləşdirib.

Azərbaycanda məmurlarımızın dövlət büdcəsi hesabına var - dövlət əldə etmələri artıq adi hala çevrilib. Vətəndaş yaxşı bilir ki, heç bir məmur dövlətdən aldığı əmək haqqı hesabına bu qədər cah cəlal, var dövlət mal-mülk əldə edə bilməz. Çünki söhbət yüz minlər yox milyonlardan gedir.

Bu gün ölkənin bütün rayonlarındakı büdcə təşkilatlarına rəhbərlik edən şəxslərin göz qamaşdırcı həyatları, lüks avtomobilləri, dəbdəbəli imarətləri var. Yerli idarə müdirləri il böyü büdcə pullarını oğurlmaqla özlərinə əməlli başlı lüks həyat qurublar. Ancaq son aylar Dövlət başçısı İlham Əliyevin məmurların korrupsiyaya bulaşması və məhz büdcə vəsaitlərinin hesabına özlərinə dəbdəbəli həyat qurmalarnın dilə gətirməsi onu göstərir ki, prezident artıq harınlamış məmurlara qarşı tədbirlər görmək niyyətindədir. Çünki ölkənin bu günki reallığı kiçik məmurla sadə vətəndaşın arasında çox böyük bir uçurumun olduğunu göstərir.Bu isə gələcəkdə soial partlayışa, vətəndaşların narazılığına gətirib çıxardan amillərdən biridir.

Dövlət başçısının bir ay öncə paytaxtın Dostluq parkında məmurlara məxsus qiyməti milyon manatlarla ölçülən qanunsuz tikilən 43 villanı sökdürməsi isə o anlama gəlir ki, artıq ölkə prezidenti harınlamış məmur tayfasına qarşı bir savaş açıb.

Məmurların dəbdəbəli vilalları, maşınlarının coğrafiyası isə təkcə paytaxt Bakı ilə yekunlaşmır. Rayonlardakı kiçik idarə müdirlərinin imarətləri bahalı avtomobilləri heç də paytaxtdakından geri qalmır. Buna misal olaraq Beyləqan rayon Suvarma Sistemləri İdarəsinin müdiri Ələmşah Məmmədquliyevi göstərmək olar.

Savash.org-un elektron poçtuna göndərilən məlumatda qeyd olunur ki, 23 ildir Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsində işləyən bu şəxs sözün həqiqi mənasında oliqarx məmura çevrilib. Bu gün Beyləqanda ən böyük ticarət obyekti məhz Ə.Məmmədquliyevə məxsusdur. İdarə müdiri dövlət büdcəsindən oğurladığı yüz min manatlar sayəsində Beyləqanda, Bakıda mülklərə sahibdir. Məlumatı göndərən şəxs bildirir ki, Ə.Məmmədquliyev əldə etdiyi obyektləri oğlu Bəylər Məmmədquliyevin adına rəsmləşdirib.Həttta idarə müdiri rayonda elə bir rəy formalaşdırmağa çalışır ki, guya oğlunun adına olan mal-mülk, obyektlər onun öz zəhməti hesabına əldə olunub. Amma Beyləqanda hər kəs uşaqdan böyüyə kimi hamı yaxşı bilir ki, Bəylər Məmmədquliyev atasının köməyi olmasa 50 il işləsə belə heç nə qazana bilməz.

Amma bu gün Bəylər Məmmədquliyevin adına olan kiçik müəsissənin fəaliyyəti və əldə etdiyi qazancın 99 faizi atası Ələmşah Məmmədquliyevin hesabınadır. İdarə müdiri oğlunun rəhbərlik etdiyi kiçik müəsissəyə kanalların çəkilməsi, təmizlənməsi və tikinti işləri tenderlərini verir. Bu tenderlər əsasən Beyləqan Suvarma Sistemləri İdarəsi və Meliorasiya İdarəsi hesabına udulur. Meliorasiya idarəsinin müdiri Nadir Əliyev Ə.Məmmədquliyevin ən yaxın adamıdır. Çünki Nadir Əliyevi bu vəzifəyə Ə.Məmmədquliyev gətirib. Bu gün Melorasiya idarəsi drenlərin təmzilənməsi işləri üçün bütün müqavilələri Bəylər Məmmədquliyevin şirkəti ilə bağlayır. Ata Məmmədquliyev oğlunun şirkətinə bir neçə ekskvator, yük avtomobili və digər texnikalar alıb. Alınan texnikaların sayəsində B.Məmmədquliyevin şirkəti melirotaiv işlərlə məşğuldur. Amma görülən işlərin əksəriyyəti yenə də kağız üzərində qurulur. Çünki Nadir Əliyev ata Məmmdəquliyevin sözündən çıxa bilməz. Və həyata keçirilən işlərdən əldə edilən qazanc bölünür. Mənbə qeyd edir ki, Ələmşah Məmmədquliyev dövlət idarəsinin hesabına əldə etdiyi qazanclar sayəsində oğluna dəyəri 50 min manat olan xarici avtomobil, oğlunun adına Bakıda ev, həmçinin yeznəsinə ev, obyekt hədiyyə edib.

Bundan başqa RTS qəsbəsindəki avtomobillərin təmiri və restoran - çayxana tipli obyekti də var. Təkcə bu obyektin tikilməsi üçün idarə müdiri 200 min manatdan çox xərc çəkib. Ancaq ən maraqlı məqam Beyləqan şəhərində Mərkəzi Xəstəxananın yaxınlığında Ələmşah Məmmədquliyevin qiyməti yüz min manatlarla ölçülən dəbədbəli imarət tikməsidir.

Məlumatda deyilir ki, Beyləqanda heç bir məmur bu cür bahalı bir ev tikməyib. Amma Ələmşah Məmmədquliyev dövlətdən qazandığı pullara heç də simiclik etmir. Əldə etdiyi vəsaitləri oğlu Bəylərin əli ilə çox səxavətlə xərcləyir. Rayonda tikilən imarəti Bəylərin tikdirdiyini deyən idarə müdiri əslində özündən başqa heç kəsi aldatmır, hətta özü belə dediyinə inanmır.

İdarə müdirinin tikdirdiyi imarətdə hazırda təmir işlərinin getdiyi bildirilir. Bu imarətə indiyə qədər 400 min manat xərc çəkildiyi deyilir. Bundan sonra isə ən azı 250-300 min xərcə ehtiyyac var. Yəni, bu o deməkdir ki, kiçik bir məmur özü üçün tikdirdiyi villaya 100 müəllimin 50 illik əmək haqqısını xərcləyib. Aylıq əmək haqqı 625 manat olan Ələmşah Məmmədquliyevin 700 min manatlıq bir ev tikdirməsi isə hər şeyə aydınlıq gətirir. Gərək 67 yaşlı bu məmur 120 il yeməyə, işməyə, yalnız işləyə ki, belə bir imarət tikdirə bilsin.

Ələmşah Məmmədquliyevin tikdirdiyi imarətin fotolarını oxucularımzı təqdim edirik.
Həmçinin bildiririk ki, idarə müdirinin RTS qəsəbəsindəki obyektinin fotolarını, paytaxtın hansı rayonunda oğluna və yeznəsinə neçə mənzil alması və Suvarma Sistemlərindəki su pulu və digər maliyyə maxinasiyaları ilə bağlı oxucularımza ətraflı məlumat verəcəyik.
Beyləqanda maaşı 625 manat olan məmur 700 min manatlıq villanı necə tikib - Fotolar
Beyləqanda maaşı 625 manat olan məmur 700 min manatlıq villanı necə tikib - Fotolar
Beyləqanda maaşı 625 manat olan məmur 700 min manatlıq villanı necə tikib - Fotolar