BolgeXeber.Com » Bölgə » Hacıqabulda hesabat yığıncağı keçirilib-FOTO

Hacıqabulda hesabat yığıncağı keçirilib-FOTO

30-07-2015, 16:17
Oxunub: 7 314 Hacıqabulda hesabat yığıncağı keçirilib-FOTOHacıqabul rayonunun sosial-iqtisadi inkişaf dinamikası birinci yarımildə də davam etmişdir

İyulun 29-da 2015-ci ilin birinci yarısında Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş şura iclası keçirildi
Şura iclasında RİHB-nın şəhər, qəsəbə, kənd İƏD üzrə nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, sahibkarlar iştirak edirdi.
Tədbiri RİH Başçısı Əhməd Muxtarov açaraq qeyd etdi ki, iyulun 13-də Respublika Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizin sürətli inkişafı, ilin birinci yarısında nəzərdə tutulan bütün vəzifələrin uğurlu icrası Prezident İlham Əliyev tərəfindən bir daha diqqətə çatdırılmışdır. Əsas uğurlarımızın iqtisadi islahatlar nəticəsində təmin edilməsi və cari ilin birinci yarısında Azərbaycanda gedən uğurlu inkişafın dinamik xarakter daşıdığı, iqtisadiyyatın 5,7 % artdığı bildirilərək qeyri-neft sektorunda 9,2%, sənaye istehsalında 4 faiz, kənd təsərrüfatında isə 7,3 faiz olduğu qeyd edilmişdir.

Dövlətimizin başçısı sosial sahədə bütün proqramların icra edildiyini bildirərək qeyd etmişdir ki, ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir, bu sahədə şəffaflıq təmin olunur, xoşagəlməz hallara son qoyulur və bunun da hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır.

Avropa Oyunlarının ən yüksək səviyyədə, Olimpiya oyunları səviyyəsində keçirildiyini, bunun ölkəmiz üçün, Avropa üçün tarixi hadisə olduğunu bildirən dövlət başçısı qeyd etmişdir ki, ən sevindirici hal idmançılarımızın 21-i qızıl olmaqla 56 medal qazanaraq komanda hesabında 2-ci yerə çıxmaları olmuşdur.
Möhtərəm Prezidentimizin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrin reallaşması, nəzərdə tutulmuş layihələrin vaxtında və uğurla yerinə yetirilməsi nəticəsində iqtisadi rayonlar yeni inkişaf mərhələsinə qədəm qoyur. Ötən müddət ərzində respublikamızın digər rayonları kimi Hacıqabulda da mühüm işlər görülmüşdür.
Sonra 2015-ci ilin birinci yarısında Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə RİHB-nın məruzəsi dinlənildi.
Məruzədə qeyd edildi ki,2015-ci ilin birinci yarısında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 106,8 milyon manat olmuşdur. Bu ilin 6 ayında sənayedə məhsul buraxılışı 2,2 milyon manat, kənd təsərrüfatı məhsulu buraxılışı 60,0 milyon manat, tikinti quraşdırma işlərinin həcmi 13,7 milyon manat, ticarətdə məhsul buraxılışı 29,2 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışının həcmində sənayedə 2,8 %, kənd təsərrüfatında 11 %, ticarətdə 10,8 % artım müşahidə edilmişdir.

Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 8,1 milyon manat və ya 10,9 % artaraq 82,1 milyon manata, ictimai iaşə dövriyyəsi 132,7 min manat və ya 9,6 % artaraq 1511,7 min manata, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 696 min manat və ya 5,7 % artaraq 12830,5 min manata çatmışdır.
2015-ci ilin birinci yarısında Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 14424,7 min manat təşkil etmişdir.
İqtisadiyyatımızın əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının dinamik inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması, mineral gübrələrə tətbiq olunan güzəştin 50 %-dən 70 %-ə qaldırılması, əkin sahələrinin hər hektarına verilən subsidiya məbləğinin 25 % artırılması və həyata keçirilən digər tədbirlər kənd təsərrüfatında canlanmaya və məhsul bolluğuna səbəb olmuşdur.
2015-ci ilin məhsulu üçün 12869 hektar taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 330 hektar artıqdır. Taxıl əkininin 6475 hektarını buğda, 6394 hektarını isə arpa əkini təşkil edir. 12869 hektar taxıl sahəsindən 43981 ton məhsul əldə edilmişdir ki, bu da ötən ilin məhsulu ilə müqayisədə 6559 ton və ya 17,5 % çoxdur. İstehsal olunmuş taxılın 24735 tonunu buğda, 19246 tonunu arpa təşkil edir. Hər hektara düşən məhsuldarlıq 4,4 sentner artaraq 34,2 sentnerə çatmışdır.
2015-ci ilin birinci yarısında 1572 hektar sahədə bostan, 774 hektar sahədə tərəvəz, 49 hektar sahədə günəbaxan, 50 hektar sahədə qarğıdalı, 39 hektar sahədə kartof, 1173 hektar sahədə yonca olmaqla cəmi 3657 hektar sahədə yazlıq əkin aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 692 hektar çoxdur.
2015-ci ilin birinci yarısında 5278 ton tərəvəz, 2098 ton meyvə, 428 ton kartof istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz istehsalı 8 ton, meyvə istehsalı 2 ton və kartof istehsalı isə 10 ton çox olmuşdur.
Rayonda heyvandarlıq məhsulları istehsalında da nəzərəçarpacaq artım qeydə alınmışdır. Bu ilin birinci rübündə süd istehsalı 9838 ton, ət istehsalı 4430 ton, yun istehsalı 225 ton olmuşdur. Ötən ilin 6 ayı ilə müqayisədə süd istehsalında 28 ton və ya 0,3%, ət istehsalında 166 ton və ya 3,9%, yun istehsalında 1 ton və ya 0,5% artım qeydə alınmışdır. Hesabat dövründə yumurta istehsalı 150306 min ədəd olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 884 min ədəd və ya 0,6% çox olmuşdur.
Rayon üzrə iribuynuzlu heyvanların baş sayı bu ilin birinci yarısında 329 baş artaraq 37727 başa, xırda buynuzluların sayı isə 1168 baş artaraq 134478 başa çatmışdır.
“Aqrolizinq” vasitəsi ilə bu ilin birinci yarısında kənd əməkçilərinə 249,85 ton güzəştli qiymətlərlə mineral gübrə satılmışdır. Rayonda 2015-ci il üçün əkilmiş buğda məhsulunun istehsalçılarına cəmi 562 nəfərə 128602,4 manat dövlət yardımı verilmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası olaraq Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədilə 2007-ci ildə tikintisinə başlanılmış 53,95 km uzunluğu və 6 kubmetr/saniyə su tutumu olan Hacıqabul Magistral kanalında işlər davam etdirilmişdir. Hazırda bu kanal vasitəsilə 2000 hektara yaxın həyətyanı və əkin sahələri suvarma suyu ilə təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2013-cü il tarixli 64 S nömrəli sərəncamına əsasən Hacıqabul rayonunun inzibati ərazisində 1625 hektar sahədə yaradılmış iri özəl taxılçılıq təsərrüfatının suvarma suyu ilə təminatı da bu kanal vasitəsilə həyata keçirilməlidir.
2015-ci ilin birinci yarısında rayonda tikinti, quruculuq və abadlıq işləri davam etdirilmişdir.

Sahibkarlıqla məşğul olmaq üçün 13 nəfərə, fərdi yaşayış evi üçün 2 nəfərə tikinti işlərinin aparılmasına icazə verilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin Hacıqabul rayon İdarəsinin inzibati laboratoriya binasının tikintisi başa çatmaq üzrədir.
Heydər Əliyev fondu hesabına tikilən 100 yerlik uşaq bağçasında tikinti quraşdırma işləri başa çatmaq üzrədir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ əlilləri və şəhid ailələri üçün 4 ədəd fərdi yaşayış evinin tikintisinə başlanılmışdır.

Hacıqabullular möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi diqqət və qayğıya özlərinin yüksək əmək və siyasi fəallığı ilə cavab verərək rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirəcəklər.
Məruzə ətrafında rayon Maliyyə Şöbəsinin müdiri Vüqar İbrahimov, rayon Suvarma Sistemləri İdarəsinin rəisi İbrahim İbrahimov, ƏSMM rayon şöbəsinin müdiri Xalis Həsənov, Ələtli kənd İƏD üzrə nümayəndə Hafiz Əliyev, rayon elektrik şəbəkəsinin müdiri Cəlal Kərimov, rayon Kommunal Müəssisələr Kombinatının direktoru Aqil Aslanov çıxş etdilər.
Hesabat yığıncağında məruzə və çıxışlar dinlənilərək RİH Başçısının 2015-ci ilin birinci yarısında gördüyü işlər qənaətbəxş hesab edildi.
Müvafiq qərar qəbul olundu.
Bolgexeber.com
Hacıqabulda hesabat yığıncağı keçirilib-FOTO
Hacıqabulda hesabat yığıncağı keçirilib-FOTO