BolgeXeber.Com » Dünya » Dünyanın ən varlı qadını edam olunacaq

Dünyanın ən varlı qadını edam olunacaq

11-02-2012, 11:45
Oxunub: 4 714 Çinin isə 6-cı ən zəngin insanı edam olunacaq

2006-cı ildə 26 yaşı olmasına baxmayaraq Çinin 6-cı ən varlı insanı ola bilən, “BMW” və “Ferrari” avtomobil kolleksiyasına sahib olan Şu Yinq (hazırda 30 yaş) edam cəzası alıb.
Məlumata görə, Ş.Yinq adi kəndli qızı olub. Təhsilini bitirdikdən sonra ticarətə qoşulub. Əlaqələri və yaradıcılığı ilə varlılar arasında özünə yer edib. 2006-cı ildə 26 yaşı olmasına baxmayaraq Çinin 6-cı ən varlı insanı ola bilib, “BMW” və “Ferrari” avtomobil kolleksiyasına sahib olub. Lakin gənc qadının həyatı 2009-cu ildə polislərin evinə və iş yerinə etdiyi basqından sonra dəyişib.
Maliyyə məmurları müəyyən ediblər ki, biznes ledi fırıldaqçılıqla məşğuldur. Şirkət hesablarını və qadının şəxsi hesablarını yoxlayan məmurlar görüblər ki, 2005-2007-ci illərdə Yinqə aid şirkətin kassasında 95 milyon avro əksikdir.
İldə 576 milyon dollar qazanan çinli qadın həbs olunub və yaxın günlərdə edam olunacaq.