BolgeXeber.Com » Dünya » Dünyanın ən gülməli videosu seçildi - Video

Dünyanın ən gülməli videosu seçildi - Video

11-02-2012, 11:55
Oxunub: 4 827 "Google" korporasiyası "YouTube" videohostinq servisinə yüklənən videolar arasında ən gülməli və şən çarxları seçib.

Bolgexeber.com "Mashable"a istinadən bildirir ki, "Google" proqramçılarının hazırladıqları xüsusi alqoritm milyonlarla video arasında ən gülməli görüntüləri olanları seçib.

Dünyanın ən gülməli videosu adına Rusiyada çəkilən və Markiz adlı pişiyin "baş qəhrəman" olduğu "Yox, yox, yox deyən pişik" ("No No No Cat") layiq bilinib.

"Təbii, bu video baxış sayına görə on və yüz milyonlarla baxışa malik videolardan geridədir. Lakin biz baxışların sayını yox, videoçarxa yazılmış şərhləri əsas götürdük", - "Google"un açıqlamasında bildirir.

İkinci yeri isə zefir üstündə dalaşan ayı və adamdan bəhs edən video tutub.