Azərbaycanın məşhur sənətçisi ürəyindən əziyyət çəkir
7-07-2010, 14:25
Oxunub: 6 239
Əməkdar artist Aybəniz Haşımovanın sağlamlığında problemi var.
Müğənni ürəyindəki narahatlıqdan əziyyət çəkir. Bu səbəbdən o, bir sıra yaradıcılıq işlərində müəyyən fasilə yaradıb. Bu barədə müğənni özü "bolgexere"-e xəbər məlumat verib:
«Bu narahatlığı artıran səbəblərdən biri də isti havalardır. Bu səbəbdən işlərimi fasilələrlə görürəm və ara-bir işimi dayandırmaq məcburiyyətindəyəm. Yoxsa, gərginlik məni tamam əldən salar».
Müğənni bildirdi ki, səhhəti ona bir sıra yaradıcılıq təkliflərindən imtina etmək məcburiyyətində saxlayıb. O, həkimin məsləhətinə də riayət etməli olduğunu bildirdi.
«Mənim üçün bu gün ən vacib müalicə üsullarından biri təmiz hava qəbuludur. Bunu da Bakıdan kənarda ala bilərəm. Eyni zamanda həkimim müalicə kursu keçməyimi məsləhət bilib. Yəqin, dilbər guşələrdən birinə yollanıb, müalicəmə də orada başlayaram» - deyə Aybəniz xanım bildirdi.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər