BolgeXeber.Com » Xəbərlər » Bakı-Quba yolunda ağır qəza: 5 nəfər öldü

Bakı-Quba yolunda ağır qəza: 5 nəfər öldü

1-08-2015, 11:11
Oxunub: 3 104 Bakı-Quba yolunda ağır qəza: 5 nəfər öldü“Opel” markalı minik avtomobilin 5 nəfərin sərnişini aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 45-ci killometrində “Opel” markalı minik avtomobili yolun kənarında hərəkətsiz dayanan “Mercedes” markalı yük avtomobilinə çırpılıb.

Bolgexeber.com FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, nəticədə, deformasiyaya uğramış “Opel” markalı minik avtomobilin 5 nəfərin sərnişini aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 5 nəfərin cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 05:05-də başa çatıb.