BolgeXeber.Com » Ölkə » "Meşəbəyi" restoranı hansı nazirə məxsusdur? - İDDİA

"Meşəbəyi" restoranı hansı nazirə məxsusdur? - İDDİA

1-08-2015, 12:15
Oxunub: 10 847 "Meşəbəyi" restoranı hansı nazirə məxsusdur? - İDDİABinəqədi rayonu Cəfər Xəndan küçəsi 50 ünvanında yerləşən "Meşəbəyi" restoranında ciddi problemlər mövcuddur


Binəqədi rayonu Cəfər Xəndan küçəsi 50 ünvanında yerləşən "Meşəbəyi" restoranında ciddi problemlər mövcuddur

Paytaxtımızda dəbdəbəli restoranların, çay evlərinin, istirahət mərkəzlərinin və kafelərin sayı son illərdə xeyli artıb. Bu obyektlərin əksəriyyətinin tikintisində mövcud tikinti qaydalarına əməl edilmədiyindən şəhərimizin memarlıq üslubuna hiss olunacaq dərəcədə xələl gəlib. Çünki bu gün restoran tipli obyektlərin yetərli hissəsi yol kənarlarında yerləşir ki, onlar piyadaların rahat gediş-gəlişinə maneçilik törədirlər.

Təbii ki, belə məsələlərdə Bakı Şəhər İcra Hakimiyyətinin və paytaxt rayonlarının rəhbərliyinin üzərinə böyük məsuliyyət düşür. Səlahiyyətli şəxslər harda gəldi tikinti işlərinin aparılmasına icazə verməməlidirlər. Təəssüf ki, buna əhəmiyyət verən yoxdur. Yerli icra hakimiyyəti orqanlarının rəhbər işçiləri ilə "anlaşan" iş adamları ürəkləri istəyən yerdə obyekt tikirlər. Nəticədə xoşa əgəlməyən mənzərələr ortalığa çıxır. Xatırlayırsınızsa, bir neçə ay əvvəl paytaxtın məşhur "Oazis" restoranında kütləvi dava düşmüş, qan tökülmüşdü. Məlum hadisədən sonra paytaxtdakı bəzi restoranların fəaliyyətinin dayandırılması ilə bağlı məsələlər gündəmə gəldi. Əksəriyyət bildirdi ki, bu cür obyektlər şəhər sakinlərinin rahatlığını pozmaqla yanaşı, həm də təhlükəlidir. Amma sonradan nədənsə bu məsələnin üstünə gəlinmədi. Elə buna görədir ki, Bakının bəzi restoranlarında acınacaqlı durum yenə də yaşanır. Binəqədi rayonu Cəfər Xəndan küçəsi 50 ünvanında yerləşən "Meşəbəyi" restoranında ciddi problemlər mövcuddur. Bu barədə redaksiyamıza məlumat verən mənbə bildirdi ki, keçən il yanğın hadisəsi baş vermiş restoranda neqativ hallar səngimək bilmir: "Xatırladım ki, ötən il restoranda güclü yanğın hadisəsi qeydə alınmış və obyektə ciddi ziyan dəymişdi. Əslində, "Meşəbəyi" restoranında yanğın hadisəsi gözlənilən idi. Ona görə ki, restorana məxsus elektrik naqilləri texniki şərtlərə cavab vermir. Həmçinin deyilənə görə, obyektin sahibi bura "levıy" işıq xətti çəkib. Yanğın hadisəsi də məhz həmin xətdə baş verib. Yanğından sonra obyektin sahibi buranı təmir etdirdi, restoranın fəaliyyəti yenidən bərpa olundu. Diqqətinizə çatdırmaq istəyirəm ki, restoranla yaşayış binalarının arasındakı məsafə heç beş metr deyil. Ətrafda yaşayan sakinlər burdakı səs-küydən, xoşagəlməz hadisələrdən dəfələrlə rayonun aidiyyəti qurumlarına şikayət ediblər. Sakinlərin şikayətinə məhəl qoyan yoxdur. Restoran səhər saatlarından düz gecə yarısına kimi işləyir. Həftənin demək olar ki, bütün günlərində restoranda canlı musiqi olur. Musiqi və müştərilərin səs-küyündən vətəndaşların bütün rahatlığı pozulub. Bəzi sakinlər bu duruma tab gətirməyərək evini satıb başqa yerə köçüb. Elə gün yoxdur ki, restoranda dava düşməsin. Spirtli içkinin təsirindən coşan müştərilər ya bir-birləri ilə dava salır, ya da küçədən keçən insanlara söz atırlar. Bir neçə dəfə restorandakı davalar bıçaqlanma ilə nəticələnib. Həmin hadisələrin üstü isə gizli qalıb". Redaksiyamıza daxil olan məlumatda "Meşəbəyi" restoranında əmək qanunvericiliyinin tələblərinin pozulduğu və işçilərin haqqının tapdalandığı da qeyd olunur: "Restoranda 10-dan çox işçi- ofisiant, qab yuyan, xadimə, kababçı işləyir. Bu işçilərin heç birinin əmək müqaviləsi yoxdur. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları restoranda yoxlama aparsalar, bu faktın üstünü aça bilərlər. Obyektin mətbəx hissəsində isə daha acınacaqlı durum hökm sürür. Anti-sanitariya baş alıb gedir. Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyətli şəxsləri burdakı ürəkbulandıran mənzərələri görsələr də, özlərini görməzliyə vururlar. Restorandakı mövcud problemlərdən biri də süni qiymət artımı ilə bağlıdır. Burda qiymətlər digər restoranlarla müqayisədə çox bahadır. Obyektin rəhbərliyi süni qiymət artımına yol verməklə müştərilərin cibinə girirlər. "Meşəbəyi"nin müştərisiz günü yoxdur. Ay ərzində yaxşı gəlir əldə olunur. Qazanılan pulların müqabilində dövlətə ödənilən vergi heçə bərabərdir. Deyilənə görə, restoran nazirlərdən birinə məxsusdur. Məhz onun "krışa"lığı sayəsində "Meşəbəyi" restoranında vergidən yayınma hallarına yol verilir". Növbəti saylarımızda kriminal aləmlə əlaqəsi olan şəxslərin nəyə görə restoranda məskən salması, bağlı qapılar arxasında aparılan müzakirələr və gecələr təşkil olunan qumar oyunları barədə şok detalları diqqətinizə çatdıracağıq. Bizi izləməyə davam edin.
gundelik-baku.com