BolgeXeber.Com » Şou-Biznes » Anar Nağılbaz namaza başladı- Replə vidalaşdı(VİDEO)

Anar Nağılbaz namaza başladı- Replə vidalaşdı(VİDEO)

1-08-2015, 15:47
Oxunub: 4 245 Anar Nağılbaz namaza başladı- Replə vidalaşdı(VİDEO)"Daha heç vaxt Nağılbaz olmayacaq, Allah köməyiniz olsun!"


İki ay əvvəl ölkədən qaçıb Çexiyada sığınacaq istəməsilə bağlı xəbərlər yayılan Anar Nağılbaz gözlənilməz qərar verib.

ANS-in məlumatına görə, hazırda Praqada yaşayan Azərbaycanın məşhur reperi namaza başlayıb. Anar bəy bu barədə sosial şəbəkədə status paylaşıb.

"Bu səhifə daha bağlanır. Allah hamınıza yar olsun! Allahla olun həmişə! Əlhəmdulillah, mən səhərdən namaza başlayıram və daha heç vaxt Nağılbaz olmayacaq. Allah köməyiniz olsun!" - yazaraq hər kəslə vidalaşıb.
Anar Nağılbaz namaza başladı- Replə vidalaşdı(VİDEO)


Anar Nağılbazın Facebook səhifəsində paylaşdığı statusu


Repçinin bu qərarı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Cavid Ramazanov adlı izləyici Nağılbazın bu addımını Hüseyn Dəryanın kərbəlayi olması ilə müqayisə edib: "Bizdə reperlər axırda məşədi, ya da kərbalayi olurlar. Hüseyn Dərya Hüseyn Kərbalayi olmuşdu, bu da belə getdi. Cəlil Məmmədquluzadə sağ olsaydı, yəqin reperin kərbəlayi olmalarına bir əsər yazardı..."

Hərçənd ki, Anar Nağılbaz statusunda tövbə barədə bir kəlmə belə yazmayıb, Cahangir Quluoğlu Tağıyev reperin namaza başlamasını musiqidən tövbə kimi qəbul edib: "Repçi Anar Nağılbaz musiqidən tövbə etdi. İnşa Allah namaza başladı".

Qusik Best adlı izləyici Nağılbazın namaza başlaması ilə səhnə həyatının sonunun gəldiyini deyir: "Əfsanəvi artistin sonu. Yeni yolun başlanğıcı. Qardaş, biz hər bir halda səni sevirik və dəstəkləyirik! Allah sənə yar olsun!"

Anar Nağılbaz namaza başladı- Replə vidalaşdı(VİDEO)

Hazırda Çexiyanın paytaxtı Praqada olan Anar Nağılbaz və dostları

Azərbaycanda repin atası kimi tarixə düşən Anar Nağılbaz sabiq deputat Rizvan Cəbiyevin oğludur. 1974-cü il mart ayının 28-də Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1988-ci ildən repə maraq göstərməyə başlayıb və 1990-cı ildə ilk dəfə Yaltada "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" repini ifa edib. Anar Cəbiyev 2 iyul 2012-ci ildə Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin əmri ilə Bakının Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavini vəzifəsinə təyin olunub. Sonra isə öz istəyilə bu vəzifədən gedib.
Bolgexeber.com