BolgeXeber.Com » Şou-Biznes » Emin Ağalarov "Səni unutmaq"ı təqdim etdi - VİDEO

Emin Ağalarov "Səni unutmaq"ı təqdim etdi - VİDEO

1-08-2015, 16:39
Oxunub: 4 910 Emin Ağalarov "Səni unutmaq"ı təqdim etdi - VİDEO"Zabıt tebya" mahnısının müəllifi Oleq Vladidir

Rusiyada yaşayan azərbaycanlı iş adamı, bəstəkar-müğənni Emin Ağalarov (səhnə adı EMİN) qısa müddətdə hitə çevrilmiş "Səni unutmaq" (Zabıt tebya) mahnısının klipini təqdim edib. Klip rəsmi Youtube səhifəsində yerləşdirilib.

Klipdə EMİN-in tərəf müqabili aktrisa Yelena Podkaminskaya olub. Klipdə onlar iki uşağı olan gənc ailəni canlandırıblar.
Cütlük arasında münasibətlər elə də yaxşı deyil. Ekran işində ailə problemi olan EMİN evdən çıxır və qəzaya uğrayır.

"Mən şou biznesdən uzağam. Amma bir dəfə televizoru yandırdım və orada EMİN mükafatlandırlırdı. O, övladlarındn elə duyğusal danışırdı ki, bu mənə təsir etdi. Mənə onunla işləmək çox xoş oldu", deyə aktrisa açıqlamasında bildirib.

"Zabıt tebya" mahnısının müəllifi Oleq Vladidir.

Bir müddət öncə E.Ağalarovun "Səni unutmaq" mahnısını may ayında boşandığını elan etdiyi Leyla Əliyevaya həsr etməsi barədə məlumatlar yayılmışdı. Lakin o özü yayılan xəbərlərin mif olduğunu bildirib. Onun sözlərinə görə, mahnını Əliyeva ilə yollarını ayırmazdan əvvəl bəstələyib. Emin qeyd edib ki, mahnının məzmunu bir çox insanlar üçün yaxın görünə bilər.