BolgeXeber.Com » Xəbərlər » Lamiyə övladının atasını dəqiqləşdirdi - Foto

Lamiyə övladının atasını dəqiqləşdirdi - Foto

3-08-2015, 17:14
Oxunub: 3 112 Lamiyə övladının atasını dəqiqləşdirdi - Foto“Jurnalistlər sağ olsunlar ki, həbsdən çıxmağıma dəstək verdilər, məni müdafiə etdilər. Ancaq indi övladımı düşünürəm, onun təlim-tərbiyəsi ilə məşğulam və belə məlumatlar həyatıma mane olur”

Mən heç bir sayta deməmişəm ki, övladımın şəhadətnaməsinə atasının adı kimi keçmiş nişanlım Vüqar Əliyevin adını yazdırmışam. Şəhadətnamədə oğlumun atası Elnur Rəsulov qeyd olunub. Başqa kim olmalıdır? Adımdan yalan xəbərlər yaymaqla məni narahat etməsinlər.

Bu sözləri Axar.az-a həbsdə ana olması ilə gündəmə gələn keçmiş məhbus Lamiyə Quliyeva deyib. Onun sözlərinə görə, barəsində yerli-yersiz məlumatlar dərc olunur:

“Məndən Modern.az saytının əməkdaşı müsahibə götürüb və orada da belə bir ifadə işlətməmişəm. Sonra saytla əlaqə saxlayıb düzəliş olunmasını xahiş etdim. Ancaq düzəliş etmədilər”.

Lamiyə sosial şəbəkələrdən istifadə etmədiyini də deyib: “Jurnalistlər sağ olsunlar ki, həbsdən çıxmağıma dəstək verdilər, məni müdafiə etdilər. Ancaq indi övladımı düşünürəm, onun təlim-tərbiyəsi ilə məşğulam və belə məlumatlar həyatıma mane olur”.

Lamiyə Quliyeva sözlərinin təsdiqi kimi övladının doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinin surətini də redaksiyaya təqdim edib.

Lamiyə Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər. Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.

Bolgexeber.com
Lamiyə övladının atasını dəqiqləşdirdi - Foto
Lamiyə övladının atasını dəqiqləşdirdi - Foto