BolgeXeber.Com » Bölgə » Füzuli rayon MX-na yeni təcili tibbi yardım maşınları verilib-FOTO

Füzuli rayon MX-na yeni təcili tibbi yardım maşınları verilib-FOTO

3-08-2015, 15:50
Oxunub: 4 673  Füzuli rayon MX-na yeni təcili tibbi yardım maşınları verilib-FOTOSəhiyyə Nazirliyi tərəfindən Füzuli rayon Mərkəzi Xəstəxanasına yeni təcili tibbi yardım maşınları verilib

Artıq təcili tibbi yardım maşını məcburi köçkünlərin məskunlaşdıqları Qayıdış qəsəbə xəstəxanasının balansına götürülüb. Bu günə kimi təcili tibbi yardım maşını olmayan qəsəbə sakinləri bu xəbəri sevinc hissi ilə qarşılayıblar.
Qəsəbə sakinləri bildirilər ki, rayonda təcili tibbi yardım (Ambulans) maşınlarının sayının azlığı, mövcud təcili yardım maşınlarının müasir tələblər səviyyəsində olmaması, keçmiş sovet istehsalı olub istismar müddətini başa vurması, ərazinin genişliyi, müraciətlərin çoxluğu bu sahədə işin təşkilini çətinləşdirdi. Gecə çağırışları, xüsusilə Horadiz şəhəri ilə Qayıdış qəsəbələri arasındakı məsafənin 50 km-dən artıq olması çağrışlara vaxtında cavab verilməsində çətinliklər yaradırdı ki, bu da xəstə sahiblərinin haqlı narazılığına səbəb olurdu.
Artıq yeni təclili tibbi yardım avtomobilinin verilməsi ilə qəsəbədə yaşayan məcburi köçkünlərin bu problemləri də həll olunub.
Ümumilikdə 5 minə yaxın məcburi köçkünün məskunlaşdığı 6, 7, 8, 9, 10, 11 saylı Qayıdış qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
İşğaldan azad olunmuş ərazidə ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə əhalinin normal yaşaması üçün hər cür şərait yaradılıb. Qəsəbələrdə məskunlaşan məcburi köçkünlərin işıq, qaz, su və digər məişət qayğıları təmanasız olaraq həll olunub, əahali yeməkxərci müavinəti alır, qaçqınlar və məcburi köçkünlər üçün nəzərdə tutulan bütün güzəşt və imtiyazlardan istifadə edirlər.
Qəsəbələrin hər birində məktəb, uşaq bağçası, həkim məntəqəsi, mədəniyyət evi, kitabxana, fəaliyyət göstərir.
Əhalinin sosial müdafiəsinə xidmət edən çoxsaylı xidmətləri füzulililərin Prezident cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevayaya olan inamı güclənir, arzu olunan günlərin – Füzuliyə qayıdışın böyük əsası olduğu inamını artırır. Füzulili məcburi köçkünlər bu inamla yaşayır və işləyirlər.
Bolgexeber.com
 Füzuli rayon MX-na yeni təcili tibbi yardım maşınları verilib-FOTO
 Füzuli rayon MX-na yeni təcili tibbi yardım maşınları verilib-FOTO
 Füzuli rayon MX-na yeni təcili tibbi yardım maşınları verilib-FOTO
 Füzuli rayon MX-na yeni təcili tibbi yardım maşınları verilib-FOTO
 Füzuli rayon MX-na yeni təcili tibbi yardım maşınları verilib-FOTO