BolgeXeber.Com » Gündəm » "Prado"dan saxta polis sənədi, qandal aşkarlanıb

"Prado"dan saxta polis sənədi, qandal aşkarlanıb

13-02-2012, 14:20
Oxunub: 5 409 Abşeron sakininin maşınından şübhəli sənəd və əşyalar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakini Seymur Talıbovun idarə etdiyi "Toyota-Prado" markalı avtomaşına baxış zamanı 2 ədəd dəyənək, 1 ədəd qandal, 4 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Seymur Talıbova məxsus saxta polis vəsiqəsinin surəti, tabel silahını götürmək üçün əvəzedici kart, 2 ədəd dövlət qeydiyyat nömrə nişanları aşkar edilərək götürülüb.