BolgeXeber.Com » Sosial » İçərişəhərdə güclü partlayış

İçərişəhərdə güclü partlayış

13-02-2012, 17:55
Oxunub: 4 207 “Azəriqaz”ın 4 əməkdaşı yaralanıb

Bu barədə Bolgexeber.com-a Səbail Rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün Böyük Qala küçəsi 13/15 ünvanında yerləşən muzeydə qeydə alınıb. Həmin ünvanda “Azəriqaz” QSC-nin əməkdaşları qaz sayğacı quraşdıran zaman anidən partlayış baş verib. Nəticədə “Azəriqaz”ın əməkdaşları – 32 yaşlı Riyad Quliyev, 54 yaşlı Nizami Durmuşov, 27 yaşlı Ceyhun Musayev və 29 yaşlı Kamran Məmmədov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.