BolgeXeber.Com » Siyasət » Fəzail Ağamalı Salyana gedib

Fəzail Ağamalı Salyana gedib

19-10-2010, 12:45
Oxunub: 6 214 Deputat görüşlərini davam etdirir

Milli Məclisə seçkilərdə 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəd Fəzail Ağamalının seçicilərlə görüşü intensiv xarakter daşımaqdadır. O, oktyabrın 17-də Salyan rayonunun Xələc, Qarabağlı, oktyabrın 18-də Kərimbəyli kəndlərində seçicilərlə görüşlər keçirib. Görüşlər canlı və maraqlı atmosferdə keçmiş, seçicilər region üçün səciyyəvi olan qazlaşma, kəndlərarası yolların bərpası, yeni məktəb binalarının tikintisi kimi problemlərin həllinin vacibliyini önə çəkmişlər.

Fəzail Ağamalı seçicilərin çoxsaylı suallarına aydınlıq gətirmiş, ölkə prezidenti İlham Əliyevin 2011-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafının detalları üzərində dayanmış, növbəti illərdə ölkə, o cümlədən Salyan və Neftçala rayonlarının qazlaşdırılmasının, məktəblərin və digər sosial obyektlərin tikintisinin tam başa çatdırılacağını seçicilərin diqqətinə çatdırmış, ötən beş ildə millət vəkili kimi dövlətçiliyimizin gücləndirilməsi, milli maraqlarımızın ən müxtəlif səviyyədə qorunması, Salyan və Neftçala kəndlərinin sosial və məişət problemlərinin həlli ilə bağlı gördüyü işlər haqqında ətraflı məlumat vermişdir.

Görüşdə çıxış edən seçicilər Fəzail Ağamalının fəaliyyətindən razılıqlarını və qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini ifadə ediblər.