BolgeXeber.Com » Şou-Biznes » Məşhur şoumen evindən ölü tapıldı

Məşhur şoumen evindən ölü tapıldı

15-02-2012, 12:05
Oxunub: 4 641 Məşhur rusiyalı şoumen Rəhman Mahmudov Moskvadakı evində ölü vəziyyətdə tapılıb.

Bolgexeber.com- un Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, polsiə xəbəri də məhz şoumenin yaxınları veriblər. İstintaq zamanı mənzildən bir sıra dəyərli əşyaların yoxa çıxdığı məlum olub.

İlkin versiyalara görə, Özbəkistan əsilli Mahmudov vannada boğularaq ölüb. Şoumenin spirtli içki və ya narkotikin təsirindən sərxoş vəziyyətində olması da istisna edilmir.

Səhnə adı Neymark Koena olan şoumenin ölümü Rusiya şou-biznesində böyük rezonansa səbəb olub. Bir sıra ulduzlarla dostluğu olan Mahmudov əyləncəli gecələrin, təmtəraqlı şouların və bir sıra biznes layihələrinin bacarıqıı təşkilatçısı idi.