BolgeXeber.Com » Dünya » Peyğəmbər barədə yazan jurnalisti edam gözləyir - Video

Peyğəmbər barədə yazan jurnalisti edam gözləyir - Video

15-02-2012, 12:10
Oxunub: 5 031 Hz.Məhəmməd barədə Twitter-də yazdığı mesaj ucbatından edam təhlükəsi ilə üzləşmiş jurnalistin həyatı təhlükədədir.

Səudiyyə Ərəbistanında yaşayan jurnalist, "Əl Bilad" qəzetinin 22 yaşlı əməkdaşı Həmzə Kəşğari Peyğəmbərin Mövludu gecəsi Twitter-dəki akkauntunda yazmışdı: "Səndə sevdiyim və nifrət etdiyim məqamlar var. Üstəlik, səninlə bağlı hələ anlamadığım çox şeylər var. Ona görə də bu gecə sənə dua etməyəcəyəm".

Bu mesaj yazılandan sonra Kəşğari on minlərlə cavab alıb və onların arasında ölüm təhdidləri də çoxdu. Qorxuya düşmüş Kəşğari Səudiyyə Ərəbistanını tərk edərək Malayziyaya qaçmışdı. Jurnalist oradan Yeni Zelandiyaya yollanmaq fikrində idi.
Lakin Malayziya polisi onu Kuala-Lumpurun beynəlxalq hava limanında tutaraq Səudiyyə Ərəbistanına təhvil verib.

Səudiyyə Ərəbistanında onun edamı gözlənilir.

Bolgexeber.com "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, Mədinə şəhərində çıxan "Əl Mədinə" qəzetinin redaktoru Əbu Əbdülrəhman yazıb: "Kəşğari ilə bağlı yeganə qərar edam olmalıdır. Onu çarmıxa çəkmək, şaqqalamaq gərəkdir ki, İslamı və Peyğəmbərimizi təhqir edən başqalarına dərs olsun".

Nüfuzlu şeyx Nəsir əl Ömər isə jurnalistdən danışarkən ağlayıb: "Göz yaşlarımı tuta bilmirəm. Bu murdarı qılıncla şaqqalamaq gərəkdir ki, ölkəmiz Allahın qəzəbinə düçar olmasın".

Səudiyyə Ərəbistanının informasiya naziri Əbdüləzz Hoca isə deyib: "Kəşğarinin mesajını oxuyanda bir müsəlmanın Peyğəmbərə hücum etdiyini gördüm və göz yaşlarımı axıdaraq hönkürdüm".

Kəşğarinin edamdan qurtulması üçün beynəlxalq insan haqları təşkilatları hərəkətə gəliblər.