BolgeXeber.Com » Siyasət » Rusiya iflasın bir addımlığında - İlk dəfə

Rusiya iflasın bir addımlığında - İlk dəfə

11-08-2015, 09:40
Oxunub: 3 499 Rusiya iflasın bir addımlığında - İlk dəfəRusiya iqtisadiyyatı 2009-cu ildən bu günə qədər ilk dəfə durğunluq dövrünü yaşayır

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Statistika Bürosunun məlumatında bildirilib. Statistikaya görə, Rusiya iqtisadiyyatında bu il ərzində 4,6 faiz geriləmə müşahidə olunub. Rublun dəyərini itirməsi də büdcə gəlirlərinin kəskin şəkildə azalmasına səbəb olub. Rusiya hökuməti ilin sonuna qədər daha 3 faiz geriləmə olacağını təxmin edir. Qeyd edək ki, "Bloomberg"in apardığı sorğuda iştirak edən 18 analitik Rusiya iqtisadiyyatında 4,5 faiz azalma ehtimalının olduğunu qeyd etmişdi. Rusiya İqtisadiyyat Nazirliyinin hesablamalarına görə isə bu rəqəm 4,4 faiz olmalı idi.