BolgeXeber.Com » Dünya » Yeni nazirin ilk açıqlaması: “Mən biseksualam...”

Yeni nazirin ilk açıqlaması: “Mən biseksualam...”

15-02-2012, 14:05
Oxunub: 4 224 Qadın nazir keçmiş partizan, feminist və biseksual olduğunu, iki dəfə abort edildiyini açıqladıqdan sonra etirazlarla üzləşib

Braziliyada yeni təyin olunan qadın nazirin şəxsi həyatı ilə bağlı açıqlamaları Braziliyada səs-küyə səbəb olub. Bolgexeber.com- un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Eleonara Menicuccinin vəzifəsinə başlar başlamaz şəxsi həyatı ilə bağlı açıqlamaları ölkədə əsas müzakirə mövzusuna çevrilib. Qadın nazir keçmiş partizan, feminist və biseksual olduğunu, eyni zamanda iki dəfə abort olunduğunu açıqladıqdan sonra katolik dəyərlərə bağlı olan Braziliyada kilsə də başda olmaqla bir sıra qrupların etirazlarına məruz qalıb.

İnsan haqları təşkilatları və feminist qrupların dəstəklədiyi nazir partizanlıq etdiyi dövrləri də xatırlayaraq, mübarizənin hələdə davam etdiyi bildirməsi mühafizəkarların narahatlığına səbəb olub.

İxtisasca sosioloq olan 67 yaşlı nazir əsas mübarizəsinin qadınların öz bədənlərinə sahib olmaq və heç bir qadının doğum zamanı yaxud istəmədiyi hamiləlik üzündən ölməməsi üçün olduğunu vurğulayıb. Bununla da qadın nazir abort qanununun çıxması üçün mübarizə aparacağını dilə gətirib.

Qeyd edək ki, Braziliyada hər il 3600 qadın qeyri-qanuni yollarla arzuolunmaz hamiləlikdən qurtulmaq istəyərkən həyatlarını itirirlər. Kuba istisna olmaqla bütün Cənubi Amerika ölkələrində rəsmən qadağan olunan qeyri-qanuni abort əməliyyatları zamanı ümumilikdə 6500 qadın ölür.