BolgeXeber.Com » Sosial » “Jiquli” markalı taksilər yığışdırılacaq

“Jiquli” markalı taksilər yığışdırılacaq

15-02-2012, 16:50
Oxunub: 4 895
Namiq Həsənov: "Mayın 1-dən Bakıda "Jiquli" markalı taksilər yığışdırılacaq"

Bu il may ayının 1-nə qədər Bakı şəhərində bir ədəd də olsun taksi kimi fəaliyyət göstərən “Jiquli” markalı avtomobil qalmayacaq. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov açıqlamasında bildirib.

Namiq Həsənovun sözlərinə görə, Nəqliyyat Nazirliyinin son qərarına əsasən, “London taksiləri” də daxil olmaqla Bakıda ümmilikdə 5000 taksiyə lisenziya veriləcək. “Jiquli” markalı avtomobildə taksi fəaliyyəti ilə məşğul olanlar isə İnzibati Xətalar Məcəlləsinin 150.4 maddəsiiə 100 manat məbləğində cərimə ediləcəklər.

“Jiquli” markalı avtomobillər yalnız fərdi minik vasitəsi kimi istifadə oluna bilər. Namiq Həsənov ölkəmizə ümumilikdə 3000 “London taksisi”nin gətirilməsinin nəzərdə tutulduğunu bildirib