BolgeXeber.Com » Sosial » Nəsimi və Nərimanov rayonlarının suyu kəsilib

Nəsimi və Nərimanov rayonlarının suyu kəsilib

17-02-2012, 14:00
Oxunub: 4 413 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Bolgexeber.com-a verilən məlumata görə, bu məqsədlə Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava yaşayış massivində 600 mm-lik yeni magistral su xəttinin şəbəkəyə qoşulması işləri həyata keçirilir.
Bununla əlaqədar fevralın 17-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.