BolgeXeber.Com » Xəbərlər » Əri ikinci arvad alan 22 yaşlı gəlin özünü öldürdü-Kürdəmirdə

Əri ikinci arvad alan 22 yaşlı gəlin özünü öldürdü-Kürdəmirdə

15-08-2015, 16:23
Oxunub: 3 499 Əri ikinci arvad alan 22 yaşlı gəlin özünü öldürdü-KürdəmirdəKürdəmir rayonunun Xırdapay kəndində intihar hadisəsi baş verib

"Report"un məlumatına görə, kənd sakini, 1993-cü il təvəllüdlü İlgül Hacıyeva evində sirkə turşusu içərək intihara cəhd edib.

Yaxınları tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib. Xəstə avqustun 15-də Bakı şəhərində xəstəxanada dünyasını dəyişib. Hadisəyə ilkin səbəb kimi həyat yoldaşının ikinci dəfə ailə qurması göstərilir.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Bolgexeber.com