Alov Zavodunun 50 işçisi işdən çıxarıldı
17-08-2015, 11:33
Oxunub: 5 117
Alov Zavodunda proseslər durulmaq bilmir
Jam.az-a verilən məlumata görə, bu yaxınlarda zavodun diektoru Kamil Əsgərov işdən azad edilib və onun yerinə Çingiz Əliyev təyinat alıb.
Bir aydan artıqdır vəzifə başına keçən Çingiz Əliyev isə artıq 50 nəfəri işdən çıxarıb. Fəhlələr isə bildirir ki, faktiki olaraq Alov Zavodunda vəziyyəti gərginləşdirən əsas şəxs Həmkarlar İttifaqının sədri Məlahət İbadovadır.
Danışan işçilər qeyd edirlər ki, M.İbadova faktiki olaraq 2 vəzifəni icra edir. Onlardan biri Həmkarlar İttifaqının sədri, digəri Texniki Nəzarət Şöbəsinin rəhbəriliyidir. «Məlahət İbadova Kamil Əsgərovun ən yaxın adamı olmaqla yanaşı, həm də adı ciddi qalmaqallara qarışmış şəxslərdən biridir. İndiyə qədər onlar zavodda bir çox yeyintilərə yol veriblər. Hətta işdə fəhlələrdən pul alaraq, onların zay məhsullarını qəbul etdirir».
Alov Zavodunda işçilərə düşən pulu mənimsədiyini iddia edən fəhlələr bildirirlər ki, xanım İbadova heç kimə yardım etmir. «Öz işçilərindən pul alır. Yalandan da deyir ki, vəzifəyə yerləşdirəcək. Sonra da üzvülük haqqını alaraq, işdən çıxartdırır. Deyir, kimə istəyirlərsə şikayət etsinlər».
Zavodun işçiləri Müdafiə Sənayesi Nazirliyinin rəhbəri Yavər Camalova müraciət edərək, ondan tədbir görməsini və yardım etməsini istəyirlər. «Cənab nazir, artıq bezmişik. Bu qadın bizim bütün haqlarımızı tapdayır. Heç bir işçini istirahətə göndərmir. 10 ədəd bilet alır, 5 nəfəri göndərir. Yerdə qalan 5 bileti isə baha qiymətə başqalarına satır. Daha dözə bilmirik. Xahiş edirik, tədbir görün».
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə