BolgeXeber.Com » Şou-Biznes » Aysel Teymurzadə Amerikaya köçür

Aysel Teymurzadə Amerikaya köçür

17-02-2012, 15:05
Oxunub: 4 565 Azərbaycanın “Eurovision-2009” təmsilçisi Aysel Teymurzadə uzun müddət vətəndən kənarda yaşayacaq.


Bolgexeber.com-un verdiyi xəbərə görə, müğənni Amerika Birləşmiş Ştatlarında yeni beynəlxalq layihəyə dəvət olunub. Hazırda həmin işlə bağlı danışıqlar gedir. Təklif edilən qonorar müğənnini qane edərsə, müğənni Riki Martin və daha bir neçə məşhur Amerika ulduzu ilə birlikdə konsert verəcək. Layihə uzun müddətli olduğu üçün Aysel Teymurzadə əməkdaşlıq müddətində Birləşmiş Ştatlarda yaşamalı olacaq.

Qeyd edək ki, Aysel Teymurzadə 2009-cu ildə Moskvada keçirilən 54-cü “Eurovision “ Mahnı Müsabiqəsində Araşla birgə ifa etdiyi “Always” mahnısı ilə 3-cü yeri qazanmışdı.