BolgeXeber.Com » Gündəm » Yol polisi işləmək istəyənlər diqqət!

Yol polisi işləmək istəyənlər diqqət!

17-02-2012, 18:50
Oxunub: 3 613 Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti inspektoru vəzifəsində işləmək istəyənlər üçün müsabiqə elan edib.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti İnspektoru vəzifəsində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, müsabiqədə hərbi xidməti tam başa vuran, yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 175 sm-dən yuxarı olan, idman cüssəli, sürücülük vəsiqəsi və Bakı şəhərində qeydiyyatda olan vətəndaşlar iştirak edə bilərlər. Müsabiqəyə qatılmaq arzusunda olan şəxslər martın 1-dək şənbə və bazar günləri istisna olmaqla Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin kadrlar bölməsinə müraciət edə bilərlər.