BolgeXeber.Com » Gündəm » Moskvada azərbaycanlı azərbaycanlını güllələdi

Moskvada azərbaycanlı azərbaycanlını güllələdi

20-02-2012, 11:00
Oxunub: 4 269 Moskvanın Severnıy mikrorayonundakı kafedə Azərbaycan vətəndaşı güllələnib.

Bolgexeber.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan vətəndaşı kafedə masaların birinin arxasında əyləşibmiş.

Bu zaman ona bir nəfər yaxınlaşıb və küçəyə söhbət etmək üçün çağırıb. O, küçəyə çıxıb və bundan sonra atəş səsi eşidilib. Həmin şəxsi ürəyindən vurublar və o, yerində ölüb. Hazırda azərbaycanlını güllələyən 40 yaşlı şəxs axtarılır. Öldürülən şəxs 48 yaşlı Bayram Süleymanovdur.

B.Süleymanov 2 gün əvvəl Moskvada tərəvəz bazarında çalışan qardaşına kömək etmək üçün gəlib. Buna qədər o, Dmitrrovsk rayonunda müxtəlif işlərdə çalışıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə artıq qatilin şəxsiyyətinin müəyyənləşdiyini bildirib. Qatil də Azərbaycan əsillidir.