BolgeXeber.Com » Sosial » BQXK əsir hərbçimizə baş çəkiblər

BQXK əsir hərbçimizə baş çəkiblər

20-02-2012, 13:20
Oxunub: 4 069 Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri fevralın 14-də Dağlıq Qarabağda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər.

Bu barədə Bolgexeber.com-a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib.