BolgeXeber.Com » Sosial » Bakıda məhkuma heroin ötürülməsinin qayrşısı alınıb

Bakıda məhkuma heroin ötürülməsinin qayrşısı alınıb

20-02-2012, 13:40
Oxunub: 4 682 Cəzaçəkmə müəssisəsində məhkuma şirniyyat qutusunda heroin keçirilməsinin qarşısı alınıb

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmətin və 15 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinin görüş otağında məhkum Dadaşov Elçin Rafiq oğlunun üzərinə və ona gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı "Antonelli & Croissants" etiketli şirniyyat qutusunun içindən sellofana bükülmüş 14 ədəd xırda daşa bənzər kristallaşmış, ümumi çəkisi 12,042 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

31 yaşlı Dadaşov Cinayət Məcəlləsinin 317.2.1; 67-ci maddələri ilə təqsirli bilinərək 5 il 10 ay müddətinə azadlıqdan məhrum edildiyi üçün həmin müəssisədə cəza çəkir.

Fakt üzrə araşdırma aparılır.