BolgeXeber.Com » Şou-Biznes » Aygün Kazımova solo konsertində transparan geyimdə- VİDEO,FOTOLAR

Aygün Kazımova solo konsertində transparan geyimdə- VİDEO,FOTOLAR

22-08-2015, 09:53
Oxunub: 41 341 Aygün Kazımova solo konsertində transparan geyimdə- VİDEO,FOTOLARAzərbaycanın xalq artisti Aygün Kazımova ilin ən gözlənilən konsertini həyata keçirib

Sənətçi 21 avqust saat 21-də baş tutan konsertdə 21 hit mahnısını ifa edib.Publika.az-ın məlumatına görə, xalq artisti konserti super hiti olan “Coffee from Comobia” mahnısı ilə başlayıb. Müğənnini səhnədə 3 balet qrupu müşayiət edib. Balet qruplarından biri Türkiyədən, digər ikisi isə Azərbaycandan olub.

Konserti tanınmış teleaparıcı, gənclərin sevimlisi Seyran Babayev aparıb.

Konsertin ən maraqlı məqamlarından biri xalq artistinin fanatlarının səhnəyə çıxması və ona sürpriz etməsi olub. Müğənninin heyranları ona iri qutuda bağlama veriblər. Qutunu səhnədəcə açan müğənni hədiyyənin üzərində şəkli ilə bəzədilmiş yastıq olduğunu görüb.

Fanatların səhnədə izdiham yaratmasına mühafizə xidməti qarışmalı olub.

Anşlaqla keçən konsertdə müğənni üç libas dəyişib.Xalq artisti səhnəyə transparan köynək və qısa şortda çıxıb.

Konsertdən sonra açıqlama verən Aygün Kazımova hər şeyin ürəyincə olduğunu bildirib: “Bu konsert üzərində peşəkarlar işləyib. Çox çalışmışıq. Eyni anda həm İstanbulda, həm də Bakıda işlər davam edirdi. Səhnədə performans göstərmək lazımdır. Konsert günü belə biz rəqqaslarla məşq edirdik. Çünki səhnə mənim üçün müqəddəs yerdir. Səhnədə hər şey səhvsiz və yüksək səviyyədə olmalıdır. Əminəm ki, konsertimə gələnlər hər şeydən razı qalıblar”.

Konsertdə bir sıra məşhur simalar da iştirak edib. Onların arasında müğənnilər Niyam Salami, Xatirə İslam, Lalə Məmmədova, Günel Ələkbərova, klipmeyker Zöhrab Ağayev, “Bozbaş Pictures”dən Fəlakət kimi tanınan Elşən Orucov, teleaparıcılar Afaq Gəncəli, Samir Bayramlı, prodüser Tamilla, milli qəhrəman Ramil Səfərov ailəsi ilə birlikdə iştirak edib.

Konsertin təşkilatçısı Nahid Emiloğludur.

Bolgexeber.com