BolgeXeber.Com » Şou-Biznes » Bəhram Bağırzadəni qarət etmiş şəxs ona zəng vurdu

Bəhram Bağırzadəni qarət etmiş şəxs ona zəng vurdu

22-02-2012, 10:40
Oxunub: 4 753 Dünən populyar aktyor Bəhram Bağırzadənin qarət olunduğunu xəbər vermişdik.

Bolgexeber.com-un Day.Az saytına istinadən verdiyi məlumata görə, elə dünən naməlum şəxs gizli nömrə ilə B.Bağırzadəyə zəng vuraraq görüş təyin edib.

"Fotoaparatın geri qaytarılacağına o qədər də inanmasam da, görüşə getdim. Yolda isə bir hadisə yadıma düşdü. Vaxtanq Kikabidze mənə danışmışdı ki, bir gün onun avtomobilini oğurlayıblarmış. Sonradan oğru maşının Kikabidzeyə məxsus olduğunu bildikdə onu geri qaytarıb. Bu dəfə də elə oldu. Gənc oğlan mənə dedi ki, fotoaparatı oğurladığı zaman onun kimə məxsus olduğunu bilməyib. Bunu bildikdə fotoaparatı geri qaytarmaq qərarına gəlib. Bu sözləri dedikdən sonra o, fotoaparatı mənə verdi və qaçdı", - deyə B.Bağırzadə bildirib. - Mən Day.Az saytına və mənə köməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Əziyyətimiz boşa getmədi. Problemimin həllində iştirak etdiyiniz üçün çox sağ olun".