BolgeXeber.Com » Gündəm » Akkordun kranı aşdı, yol bağlandı

Akkordun kranı aşdı, yol bağlandı

22-02-2012, 12:40
Oxunub: 4 158 Hadisə “Gənclik” metrosu yaxınlığında baş verib

Bir qədər öncə metronun “Gənclik” stansiyasının çıxışındakı Qələbə meydanında yeraltı tunel və keçid tikintisi həyata keçirən “Akkord” şirkətinə məxsus böyük qaldırıcı kran aşıb.

Bolgexeber.com saytının hadisə yerində olan əməkdaşı xəbər verir ki, kranın aşması Gənclik” stansiyası həndəvərindəki yollarda nəqliyyatın hərəkətini iflic edib, nəticədə böyük tıxac yaranıb. Hadisə yerini polis əməkdaşları əhatəyə alıblar.

Hazırda aşmış kranın düzəldilməsi üçün tədbirlər görülür. Hadisə nəticəsində yaralananların olduğu bildirilir, amma bu məlumatı dəqiqləşdirə bilməmişik.