BolgeXeber.Com » Dünya » Seksi tibb bacıları axtarılır

Seksi tibb bacıları axtarılır

23-02-2012, 11:10
Oxunub: 27 606 İsveçdə yay tətilində işləmək üçün tibb bacısı axtaran xəstəxananın elanı ortalığı qarışdırıb.

Bolgexeber.com-un məlumatına görə, Stokholmdakı “South General” xəstəxanasının internet saytlarına verdiyi elan etiraza səbəb olub. Elanda yay tətilində işləmək üçün ekranlarda izlənilən seriallarda olduğu kimi seksi tibb bacısı tələb olunduğu yazılır.

Daha sonra qeyd olunur ki, həmin tibb bacılarının yaxşı hazırlanmış, professianal və zarafatcıl olmalıdır. Ən əsası isə seriallardakı kimi seksi olmalıdır.

Bununla da əhali xəstəxananı insanlar arasında ayrı-seçkilik etməkdə günahlandırıb.
Xəstəxana nümayəndələri isə məqsədlərinin sadəcə maraq çəkmək olduqlarını bildiriblər. Onlar həmçinin əlavə ediblər ki, artıq elanda qeyd etdikləri tələbləri ödəyən tibb bacıları onlara müraciət edib.