BolgeXeber.Com » Xəbərlər » Zakir Qaralov Qəbələdə vətəndaşları qəbul edəcək

Zakir Qaralov Qəbələdə vətəndaşları qəbul edəcək

26-08-2015, 12:43
Oxunub: 3 262 Zakir Qaralov Qəbələdə vətəndaşları qəbul edəcəkAzərbaycanın baş prokuroru Zakir Qaralov Qəbələ, Şəki, Qax, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşları qəbul edəcək

Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, qəbul sentyabrın 4-də saat 11:00-da Qəbələ rayon prokurorluğunun inzibati binasında baş tutacaq: “Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qəbələ şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər”.