BolgeXeber.Com » Gündəm » İki siyasi məhbus Prezidentdən əfv dilədi

İki siyasi məhbus Prezidentdən əfv dilədi

23-02-2012, 11:30
Oxunub: 4 454 Arif Kazımov və Səfa Poladovun yaxınları Novruz bayramında ölkə başçısının humanist addım atacağına ümidlidirlər

Qobustan Qapalı həbsxanasında 16 ildir məhbus həyatı yaşayan, 1995 ci il OMON hadisələrinə görə həbs olunan Arif Kazımov və Səfa Poladovun yaxınları əvf üçün prezidentə müraciət ediblər. Siyasi məhbusların yaxınlarının Bolgexeber.com-a verdiyi məlumata görə, onların vəziyyəti ağırdır. Səfa Poladov iki dəfə başından əməliyyat olunub. Arif kazımovun səhhətində çoxlu problemlər var.
Siyasi məhbusların yaxınları Novruz bayramı öncəsi İlham Əliyevin adları çəkilən siyasi məhbuslarla bağlı humanist addım atacağına inanırlar.
Hər iki siyasi məhbus ölkə başçısına məktub da yazıblar.
Qeyd edək ki, Arif Kazımov və Səfa Poladov Amerika Departamentinin və Avropa Şurasının tərtib etdiyi ilk siyasi məhbuslardandır.