BolgeXeber.Com » Dünya » Rusiyanın əhalisi iki dəfə azalacaq

Rusiyanın əhalisi iki dəfə azalacaq

26-08-2015, 15:27
Oxunub: 2 831 Rusiyanın əhalisi iki dəfə azalacaqRusiyanın Demoqrafiya, Miqrasiya və Regional İnkişaf İnstitutunun direktoru Yuri Krupnov 2050-ci ildə ölkə əhalisinin 2 dəfə azalacağının proqnozlaşdırıldığını deyib.

Demoqrafın fikrincə, 2050-ci ildə ölkəsində əhalinin sayı indiki 143,3 milyondan 80 milyona qədər azalacaq.

Onun sözlərinə görə, regionlarda gəlirlərin aşağı olması, gənclərin sosial səbəblərdən ailə qurmaq istəməmələri əhalinin azalmasına təsir göstərən amillərdəndir. 2015-ci ildə Rusiyada ölüm hallarının 2014-cü illə müqayisədə 5,2 faiz artması da Yuri Krupnovun proqnozunda yer alıb.
Rusiyada orta ömür 63 ildir ki, bu da Afrikanın Ruanda dövləti ilə müqayisədə 1 il çoxdur. Şimal qonşumuzun qadın sakinlərinin kişilərlə müqayisədə ortalama 12 il çox yaşaması yalnız Belarus və Suriya ilə müqayisə oluna bilər.

Avropada yeniyetmələr arasında intihar hallarına görə 1-ci, dünyada isə 4-cü olan Rusiya son vaxtlar həm də neftin qiymətinin ucuzlaşması və Qərbin sanksiyaları ilə üzləşərək daha dərin demoqrafik böhrana girib.

Yuri Krupnovun sözlərinə görə, 23 milyon vətəndaşının kasıblıq səviyyəsindən aşağı yaşadığı Rusiyada doğum göstəricilərinin azalması və ölüm hallarının artması yaxın illər üçün ən real təhlükədir. (Modern.az)