BolgeXeber.Com » Xəbərlər » Texnologiya Universitetinin 4 dekanı işdən çıxarıldı

Texnologiya Universitetinin 4 dekanı işdən çıxarıldı

26-08-2015, 19:13
Oxunub: 3 446 Texnologiya Universitetinin 4 dekanı işdən çıxarıldıAzərbaycan Texnologiya Universitetində kadr dəyişikliyi olub

"Report"a xəbər verir ki, ali təhsil müəssisənin mövcud 4 fakültəsinin hər birinin dekanı -Standartlaşdırma və texnoloji maşınlar fakültəsinin dekanı dosent Namiq Əsgərov, Qida məhsullarının texnologiyası və turizm fakültəsinin dekanı dosent Arzu Həsənov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos. Xalidə Ağayeva və İstehlak mallarının texnologiyası və ekspertiza fakültəsinin dekanı dosent Namiq Davudov avqustun 4-dən öz ərizələri ilə tutduqları vəzifədən azad olunublar. Növbəti dekan seçkiləri keçirilənədək onların vəzifəsinin icrası dekan müavinlərinə həvalə olunub.

Hazırda dekan vəzifələrinin icrası müvafiq olaraq Standartlaşdırma və texnoloji maşınlar fakültəsində Qəhrəman Namazova, Qida məhsullarının texnologiyası və turizm fakültəsində Hafiz Əsgərova, İqtisadiyyat və idarəetmə fakültəsində İsa Əhmədova, İstehlak mallarının texnologiyası və ekspertiza fakültəsində isə Babək Fərzəliyevə həvalə edilib.
Bolgexeber.com