BolgeXeber.Com » Dünya » Yeddi saat prezidentin gəlişini gözlədilər – 3 nəfər istidən öldü

Yeddi saat prezidentin gəlişini gözlədilər – 3 nəfər istidən öldü

27-08-2015, 14:36
Oxunub: 4 030 Yeddi saat prezidentin gəlişini gözlədilər – 3 nəfər istidən öldüTürkmənistanda 10 nəfərdən çox adam ölkə prezidenti Qurbanqulu Berdımuhəmmədovun stadionda təşkil edilən təntənəli mərasimə gəlişini günün altında 7 saata yaxın gözlədikdən sonra xəstəxanaya yerləşdirilib

Biri uşaq olmaqla onlardan üçü ölüb.

Faciənin Ağqabaddakı “Kopetdağ” stadionun yenidənqurmadan sonrakı açılış mərasimində qeydə alındığı bildirilir. Həmin gün Türkmənistan paytaxtında havanın hərarəti 40 dərəcədən yuxarı olub.

İnsanları stadiona kütləvi şəkildə səhər saat 5-dən yığıblar.

Berdımuhəmmədov yalnız saat 11:45-də gəlib. Bu vaxt ərzində stadiona toplaşanlar arasında 4 yaşdan 15 yaşa qədər uşaqlar, eləcə də 70 yaşlı qocalar olub. Onlar ayaqüstə dayanaraq prezidenti gözləyiblər.

Məlumatda qeyd edilir ki, bu müddətdə onlara su içməyə, yeməyə, hətta ayaqyoluna belə getməyə imkan verilməyib.

7 saat ərzində 50 nəfər huşunu itirib, 5 uşaq və 9 yaşlı isə xəstəxanaya göndərilib, üçü orada həyatını itirib.

modern.az