BolgeXeber.Com » Sosial » Bu içki kişilərdə sonsuzluq yaradır

Bu içki kişilərdə sonsuzluq yaradır

28-08-2015, 12:45
Oxunub: 3 481 Bu içki kişilərdə sonsuzluq yaradırKola hər kəsin sevdiyi qazlı içki növüdür. Türkiyəli ginekoloq Hakan Çoksüər isə kolanın kişilərdə sonsuzluğa səbəb olduğunu iddia edir. Onun sözlərinə görə, həddindən artıq kola içmək sperma sayını və keyfiyyətini aşağı salaraq sonsuzluğa gətirib çıxarır.

“Dünyada kolanın zərərləri ilə bağlı dəfələrlə araşdırma aparılıb. Son tədqiqatda isə kolanın kişilərin sperma keyfiyyətini aşağı saldığı müəyyən olunub.

Cənubi Danimarka Universitetinin alimləri 2 min 500 kişi üzərində tədqiqat aparıblar. Onlardan alınan sperma nümunələrinin analizi göstərib ki, həddindən artıq kola istehlakı sperma keyfiyyətini azaldır.

Tədqiqatda gündə bir litrdən artıq kola içən kişilərin çox aşağı sperma dəyərlərinə sahib olduğu müşahidə edilib. Kola kişilərdə testosteron hormon tarazlığını pozaraq sperma sayını və hərəkətini əhəmiyyətli dərəcədə azaldır. Bu da kişilərdə çoxalma funksiyalarına ciddi təsir göstərir.

Kolanın tərkibində şəkərin çox olması kökəlmə ilə nəticələnir. Aparılan araşdırmada kök kişilərdə sperma sayının normal çəkili kişilərə nisbətən 15 faiz daha az olduğu müəyyən olunub. Kök kişilərdə sperma sayının azalması da qadının hamilə qalma şansını azaldır.

Kolanın tərkibindəki qlükoza siropu ürəyin yaxşı işləməsinə mane olur, həmçinin, yüksək xolesterin və təzyiqlə bağlı problemlərə yol açır. Bundan başqa, böyrək, sümük xəstəliyi və diş problemlərinin yaranmasına təkan verir. Odur ki, sağlamlığınızı təhlükəyə atmaq istmirsinizsə, sərinləmək üçün kola əvəzinə soyuq ayran və ya suya üstünlük verin”.