BolgeXeber.Com » Bölgə » Növbəti səyyar qəbul-görüş Buruc kəndində keçirilib-Tərtərdə(FOTOLAR)

Növbəti səyyar qəbul-görüş Buruc kəndində keçirilib-Tərtərdə(FOTOLAR)

28-08-2015, 21:03
Oxunub: 3 319 Növbəti səyyar qəbul-görüş Buruc kəndində keçirilib-Tərtərdə(FOTOLAR)Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həlli məqsədilə kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, ardıcıl tədbirlər görülür

Belə görüşlərdən biri də avqustun 28-də rayonun Buruc kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.
Tədbiri açan Buruci kənd İƏD üzrə nümayəndə əvəzi Seymur Yusibov əvvəlcə kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında ətraflı danışmışdır. Bildirmişdir ki, 281 təsərrüfat, 634 hektar ərazisi olan kənddə 1159 nəfər əhali yaşayır, əhalinin əsas məşğuliyyəti isə əkinçilik və heyvandarlıqdır. Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Niyaməddin Aslanov, Asif Alıkişiyev, Nazilə Məmmədova, Süleyman Sadıqov, Pərvin Misirova və başqaları rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, kəndin qaz, içməli su, telefonla təmin etdirilməsinə görə razılıqlarını ifadə edib, əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıblar. Əsasən kənddə suvarma suyu ilə təminatın yaxşılaşdırılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, Buruci kənd tam orta məktəbinin əsaslı təmir olunmasına ehtiyac olduğunu diqqətə çatdırmışlar.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan danışmış, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Bolgexeber.com
Növbəti səyyar qəbul-görüş Buruc kəndində keçirilib-Tərtərdə(FOTOLAR)
Növbəti səyyar qəbul-görüş Buruc kəndində keçirilib-Tərtərdə(FOTOLAR)
Növbəti səyyar qəbul-görüş Buruc kəndində keçirilib-Tərtərdə(FOTOLAR)