BolgeXeber.Com » Şou-Biznes » Xalq artisti: “Söyüşləri özümə götürmürəm” – Video

Xalq artisti: “Söyüşləri özümə götürmürəm” – Video

29-08-2015, 11:17
Oxunub: 5 818 Xalq artisti: “Söyüşləri özümə götürmürəm” – Video"Mən sözlərimi geri götürməmişəm, sadəcə, yaşlı olduğuna görə üzr istəmişəm"

Bu sözləri xalq artisti Ramiz Novruz dava etdiyi sənət yoldaşı xalq artisti Ramiz Məlikin onun haqda mətbuatda səsləndirdiyi fikirlərlə bağlı axar.az-a danışarkən deyib: “Nazirin sözügedən problemə görə iclas keçirəcəyi ilə bağlı bizə heç nə deməyiblər, amma sentyabr ayında teatrda yığıncaq olmalıdır. Dəqiq bilmirəm, yığıncaqda nazir özü, müavini, yoxsa təkcə teatrın kollektivi olacaq. Ramiz Məlik bir açıqlamasında demişdi ki, üzr istədi, düz deyir, yaşlı olduğuna və əl qaldırdığıma görə üzr istədim. Amma bir şey də dedi ki, mənə söydüyü söyüşlərin hamısını öz üzərinə götürdü. Bu yalandır, belə şey olmayıb. Sadəcə, yaşlı olduğuna və əl qaldırdığıma görə üzr istəmişəm. Bu məsələ, əslində, həddindən artıq böyüdüldü. Hadisə böyüdüldüyü qədər deyildi, çox şişirtdilər. Özəl həyatda baş verən hadisələrin səhnəyə heç bir aidiyyəti ola bilməz. Həmişə belə olub ki, həyatda bir-birini qıran adamlar səhnədə heç nə olmayıbmış kimi rollarını oynayıblar. O problem yoxdur bizdə. “Eyni səhnədə oynamaram”, - demək olmaz, bura iş yeridir, yenə eyni tamaşada rol alacağıq”. Xatırladaq ki, xalq artistləri Ramiz Novruz və Ramiz Məlik arasında yaşanmış davadan sonra tərəflər barışıb. Ramiz Məlik açıqlamasında “Mən ağsaqqallıq elədim, Ramiz Novruzun mədəniyyətdən, tərbiyədən kənar sözlərini onun özünə qaytarmaq şərtilə bağışladım. Mənə qarşı işlətdiyi bütün nalayiq ifadələri etiraf etdi və dediklərini özünə götürdü”, – deyib.
Bolgexeber.com