BolgeXeber.Com » Dünya » Prezident öz naziri ilə evləndi

Prezident öz naziri ilə evləndi

31-08-2015, 18:50
Oxunub: 3 139 Prezident öz naziri ilə evləndiTanınmamış “Dnestryanı respublika”nın “prezidenti” Yevgeni Şevçuk bu “respublika”nın “xarici işlər naziri” ilə evlənib

Virtualaz.org saytı xəbər verir ki, “nazir” Nina Ştanski bu yaxınlarda öz səlahiyyətlərini dayandıracağını bəyan edib. Bu barədə tanınmamış respublikanın “prezidenti” açıqlama verib.

Y.Şevçuk “Dnestryanı Moldova respublikası”nın yaradılmasının 25 illiyinə həsr olunmuş mətbuat konfransında bəyan edib ki, N.Ştanski bundan sonra “onun həyat yoldaşı funksiyalarını yerinə yetirəcək”.

“Dnestryanı respublika”nın XİN başçısı vəzifəsinə kimin təyin olunacağı hələ bəlli deyil.

Y.Şevçuka gəlincə isə onun rəsmi tərcümeyi-halında ailə vəziyyəti qrafasında “evli deyil” yazılıb. N.Ştanskinin bioqrafiyasının müvafiq qrafasında isə “qızı Yananı tərbiyə edir” qeydi olub.
Bolgexeber.com