BolgeXeber.Com » Analitika » Fasiləsiz televizor izləmək ağır xəstəliyin inkişafına səbəb ola bilər

Fasiləsiz televizor izləmək ağır xəstəliyin inkişafına səbəb ola bilər

1-09-2015, 09:54
Oxunub: 3 510 Fasiləsiz televizor izləmək ağır xəstəliyin inkişafına səbəb ola bilərGününü saatlarla televizor qarşısında keçirən insanların ağciyər emboliyası xəstəliyinə tutulma riski artır

“The Independent” qəzetinin verdiyi məlumata əsasən, bu barədə Londonda keçirilən Avropa Kardioloqlar Cəmiyyətinin konfransı zamanı təqdim olunan tədqiqatın nəticələrində deyilir.

Qeyd edək ki, ağciyər emboliyası zamanı ürəkdən ağciyərə gedən arteriya tıxanır. Bu xəstəlikdən Böyük Britaniyada hər il təqribən 600 min insan həlak olur.

Alimlər müəyyən ediblər ki, televizor qarşısında 5 saat və daha çox vaxt keçirən insanlarda ağciyər emboliyası xəstəliyinin inkişafı 2 dəfə çox müşahidə edilir.
Bolgexeber.com